15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TÜRKİYƏDƏ YƏHUDİ LOBBİÇİLİYİ (I HİSSƏ)

Bu gün İslam ölkələri arasında İsrail işğal dövləti ilə ən sıx münasibətləri olan ölkə Türkiyədir. Türkiyə-İsrail münasibətlərinin bu qədər inkişaf etməsinin arxasındakı ən önəmli ünsür Türkiyədəki yəhudi lobbiçiliyidir. Bu baxımdan Türkiyədəki yəhudi lobbiçiliyinin keçmişinin və bu gününün gözdən keçirilməsində yarar vardır.
Türkiyədəki Yəhudi lobbiçiliyinin üç qanadı vardır: Bunlardan birincisi xüsusi olaraq yəhudilərin təşkil etdiyi qanaddır. İkinci qanad yəhudi mənşəli olan, lakin müsəlman olduqlarını söyləyən, həqiqətdə isə yəhudiliklərini qoruyan və yəhudilərlə əlaqələrini davam etdirən zümrənin təşkil etdiyi qanaddır. Bu qanaddan olanlara dönmələr və ya sabatayçılar deyilir. Üçüncü qanad isə mənşə etibarilə yəhudi olmayan, lakin bəzi mənafelərinə görə və ya mənimsədikləri anlayışa görə yəhudi mənşəlilərlə əlaqəyə girən və onların planlarına xidmət edən şəxslərin meydana gətirdiyi qanaddır. Bu qanadı meydana gətirənlərin başında gələnlər isə masonlardır. Lakin mason olmayanlardan da bir çox insan şəxsi mənafelərinə və məqam davalarına görə onlarla münasibətdə olmuş, onlara xidmət etmişdir. Yuxarıda söylədiyimiz qanadlardan yəhudiliyini qoruyanlar və yəhudiliyini göstərənlər, yəni "yəhudi olaraq qalanlar” əsasən iqtisadi sahəyə üstünlük verərək özlərini zənginləşdirmiş və pulları ilə başqalarını təsir sahələrinə çəkmiş, onların özlərinə xidmət etmələrini təmin etməyi bacarmışlar. Lakin bu zümrə çoxluqla rəhbərlikdə vəzifəyə gəlməyə üstünlük verməmişdir. Bu zümrənin rəhbərlikdə vəzifəyə gəlmək istəməməsi: "Türkiyədə yəhudi zümrə rəhbərliyə girməmiş, bunun yerinə iqtisadi sahəyə üstünlük verərək lobbi fəaliyyətlərini daha çox pulun nüfuzuna dayanaraq həyata keçirmişlər”, – şəklində bir yanlış hökm verilməsinə səbəb olmuşdur. Lakin həqiqət budur ki, yəhudilər Türkiyə Respublikasının qurulduğu gündən fəal bir şəkildə rəhbərlikdə rol almış, olduqca üst məqamlara qədər yüksəlmiş və çox vaxt da dövlət siyasətində təyinedici rollar oynamışlar. Lakin bunu yəhudiliklərini gizlədərək etmişlər, yəni bu işi görənlər yuxarıda haqqında danışdığımız qanadların ikincisindən olanlardır. Biz bu yazıda bu üç qanadın ilk ikisi, yəni yəhudi mənşəli olanların meydana gətirdiyi qanadlar haqqında danışacağıq.
Türkiyənin sabiq xarici işlər naziri İsmayıl Cem İpəkçi yəhudi mənşəli bir ailədən gəlir. Bu ailə sabatayçı zümrəyə mənsubdur, yəni yəhudiliklərini gizlədən, lakin bununla bərabər o zümrə ilə əlaqələrini davam etdirən bir zümrəyə mənsubdur. Sabiq baş nazir Bülənt Ecevitin həyat yoldaşı Rəxşan Ecevitin də Sabatayçı ailədən olduğu şəxsən bu zümrəyə mənsub olan yazar İlqaz Zorlu tərəfindən dilə gətirilmişdir. Rəxşan Ecevitin həyat yoldaşı Bülənt Ecevit üzərində böyük bir təsirinin olduğunu, onun bütün qərarlarına təsir edə biləcəyini bu gün Türkiyədə bilməyən qalmamışdır. Bu ikisini sadəcə bir misal olaraq gətiririk. Onlar kimi bir çox şəxs rəhbərliyə birbaşa və ya dolayı bir şəkildə təsir etməkdədir. Bu vəziyyət işarə etdiyimiz lobbi fəaliyyətlərinin nə qədər fəal olduğunu göstərir.

YƏHUDİLƏRİN İSPANİYADAN QOVULMASI:
OSMANLI AĞACININ GÖVDƏSİNƏ QURD SALINMASI
İspaniya kraliçası İzabellanın (d. 1451, ö. 1504) xristian kilsə ilə əməkdaşlıq edərək 31 mart 1492-ci ildə ölkədəki bütün yəhudilərin 2 avqust 1492-ci ilə qədər ölkəni tərk etmələri haqqında fərman çıxarması 300 minə qədər İspaniya yəhudisini çox pis vəziyyətdə buraxmışdı. İspaniya yəhudiləri bu fərmandan sonra müxtəlif Avropa ölkələrindən sığınma haqqı istədilər, lakin Osmanlı İmperatorluğundan başqa onlara daimi qalmaq üçün qapılarını açan olmadı. Osmanlı Sultanı II Bayəzidin onlara sığınma haqqı tanıması ilə 150 min İspaniya yəhudisi Aralıq dənizi yolu ilə birbaşa osmanlı torpaqlarına gəldi. Digərləri də Rusiya yolu ilə osmanlı torpaqlarına gəldilər. "Səfərad yəhudiləri” (İbrani dilində "Sfoarat” "İspaniya” mənasını verir) deyilən İspaniya yəhudilərinin böyük əksəriyyəti Saloniki (Səlanik) və İstanbula yerləşdirildi.
Mallarının çoxunu İspaniyada buraxan, özləri ilə götürdükləri malları da İtaliyadakı limanlarda yağmalanan Səfərad yəhudiləri osmanlı torpaqlarına əliboş gəlmələrinə baxmayaraq, Osmanlı dövlətinin onlar üçün yaratdıqları imkanlarla qısa zamanda vəziyyətlərini düzəltdilər. Bəziləri ticarət sahəsində irəlilədi, bəziləri isə dövlətdə önəmli mövqeləri tutdular.
Osmanlının Avropa qarşısındakı məğlubiyyətinin alt qurumunun yaradılması əməliyyatının 1492-ci il yəhudi köçü ilə başladığını desək, səhv etmərik, çünki güclü bir ehtimalla Avropa 1492-ci il sürgünündə, yəhudiləri, ələlxüsus, Osmanlı ağacının gövdəsinə bir qurd kimi salmağı hədəf alaraq qarşısına qoymuşdu. Bilindiyi kimi, müsəlmanların böyük bir mədəniyyət mərkəzinə çevirdikləri Əndəlüsü İspanlar işğal edəndə müsəlmanları soyqırım etdilər. Lakin yəhudiləri soyqırım etmədən sürgün etməyə üstünlük verdilər, çünki yəhudilərin fitnə çıxarma, dövlətləri daxilindən yıxma mövzusundakı məharətləri onların tarixlərindən bilinirdi. O vaxt Osmanlının davamlı olaraq genişlənməsindən və güclü bir dünya dövlətinə çevrilməsindən narahat olan Avropa heç bir müharibədə bu dövlətin qarşısında dayana bilməmişdi. Osmanlı 1453-cü ildə İstanbulu fəth edərək xristianlığın köklü bir dövləti olaraq görünən Bizans İmperatorluğunu aradan qaldırmışdı və Avropanın ortalarına qədər uzanmışdı. Xaricdən müharibələrlə yıxılması və zəiflədilməsi mümkün olmayan bu dövlətin daxildən zəiflədilməsi üçün içinə qurd salınmasına ehtiyac vardı. Bu işi ən yaxşı icra edə biləcək qrupun isə bu mövzuda minillik təcrübəsi olduğu bilinən yəhudilər olduğu düşünülmüş olmalıdır. Buna görə də İspaniya Krallığı Əndəlüsü ələ keçirdikdən sonra müsəlmanları kütləvi olaraq qətl etməsinə baxmayaraq, yəhudiləri osmanlı torpaqlarına sürgün etməyə üstünlük verdi.
Yəhudilər 1492-ci ildə İspaniyadan qovulduqda heç bir Avropa ölkəsi onları qəbul etmədi. Hadisəni araşdıranlar bunu, ümumiyyətlə, Avropa ölkələrinin onları istəməməsinə və ya bu ölkələrin rəhbərliklərinin insafsızlığı ilə əlaqələndirirlər. Halbuki bunun bu ölkələr arasındakı gizli ittifaqdan qaynaqlanması ehtimalı da vardır. Qüds və Fələstin torpaqlarını işğal etmək üçün aralarında xaçlı ittifaqı yaradan Avropa ölkələrinin köçə məcbur edilən yəhudiləri qəbul etməməsi barəsində öz aralarında ittifaqa gəlməmələri çətin bir iş deyildi. Yəhudilər Avropa dövlətləri tərəfindən rədd edilincə Osmanlı torpaqlarına gəldilər. Osmanlı dövlətinin onları rədd edib geri qaytaracağı, yaxud İrana, yaxud Yəmənə doğru irəliləmələrinin istəyəcəyi ehtimalının olmadığına təxmin edilirdi, çünki Osmanlının o zaman öz torpaqlarında yaşayan, lakin hələ çox kiçik bir etnik qrup olan və dövlətə də hər hansı bir zərəri olmayan yəhudilərlə çox yaxşı davrandığı bilinirdi. Osmanlı bir az da bunu xaçlı zehniyyətinə qarşı bir siyasət olaraq həyata keçirirdi. Yəhudilər İspaniyadan qovulduqdan sonra müxtəlif Avropa ölkələrinə uğradılar. Lakin bu köç əsnasında yəhudilərin üstlərindəki paltarlara qədər bütün hər şeyləri alındığı halda bir tək şəxsin canına toxunulmadı. Üstəlik sürgün edilən yəhudilərdən bir tək şəxsin belə hər hansı bir Avropa ölkəsinə yerləşməsinə də fürsət verilmədi. Bizə görə bunun iki səbəbi vardır: Avropa sürgün edilən yəhudilərin hər şeyini soyaraq onları miskin və baxıma möhtac bir halda Osmanlı torpaqlarına salmaq istəyirdi, çünki bu halda getmələri Osmanlı dövlətinin onlarla maraqlanması və onlara bəzi imkanlar verərək vəziyyətlərini düzəltmək üçün onlara yardımçı olması məcburiyyətini doğuracaqdı. Yəhudilər isə onlar üçün təmin olunan imkanları gələcək hesabları üçün dəyərləndirəcəkdilər, çünki onların bir yerə paya vurduqdan sonra orada ferma qurmaqdakı məharətləri gözəl bilinirdi. İkinci olaraq bir tək yəhudinin canına toxunulmamış, bununla belə bir tək yəhudinin uğradığı Avropa ölkələrindən birinə yerləşməsinə də fürsət verilməmişdi, çünki osmanlı ağacının gövdəsinə nə qədər çox qurd salınarsa, o qədər yaxşı nəticə əldə ediləcəyinə ümid edilirdi.
Bu köçdə diqqətimizi çəkən bir şey də yəhudilərin köçdə iki fərqli yoldan istifadə etmələrinə baxmayaraq, nəticədə hamısının osmanlı torpaqlarında toplanmasıdır. Yuxarıda da bildirildiyi kimi bunlardan bəziləri dəniz yolu ilə İtaliyadan birbaşa gəldiyi halda, digərləri Rusiya yolu ilə gəldilər. Lakin hamısı uğradıqları ölkələrdən qovularaq osmanlı torpaqlarına toplanmağa məcbur edildilər. Osmanlı Dövlətinin çöküş və yıxılma prosesi araşdırıldığı zaman bu təsbitlərimizin reallıqdan heç də uzaq olmadığı görünəcəkdir, çünki Osmanlı Dövləti xarici qüvvələrlə apardığı müharibələr üzündən deyil, daxildən zəiflədilərək çökmüşdür.
Bu fikirlərimizi təsdiq edən əhəmiyyətli bir fakt da Avropanın öz torpaqlarından qovduğu, qovarkən üstlərindəki paltarlarına qədər hər şeylərini aldığı yəhudilərlə Osmanlı Dövlətinə daxil olduqdan sonra sıx bir əlaqəyə girməsidir. Osmanlının çökdüyü və yıxıldığı dövrdə yaşanan hadisələr araşdırılarsa, daxildə, ələlxüsus, yəhudilərin və dönmələrin təhrik etdiyi hadisələr yaşanarkən başda İngiltərə olmaqla müxtəlif Avropa ölkələrinin bu hadisələrdə yəhudilərlə sıx bir əlaqə içində olduqları görünür.

OSMANLI DÖVRÜNDƏ YƏHUDİ LOBBİÇİLİYİ VƏ OSMANLI DÖVLƏTİNİN
DAXİLDƏN ZƏİFLƏDİLMƏSİNDƏ YƏHUDİLƏRİN ROLU
İspaniyadan köç edən yəhudilər Osmanlı Dövlətində lobbi fəaliyyətlərini çox vaxt itirmədən başladılar. Onların ilk lobbi fəaliyyətlərində önə çıxan adlardan biri 1520-ci ildə Portuqaliyada doğulmuş və 1553-cü ildə İstanbula köç edən Yasef (Jozef) Nassidir. Bu şəxs İstanbula gələr-gəlməz dövlət məmurlarına yaxınlaşma cəhdlərini başladı. Bu cəhdlərində Şahzadə Səlimin (Sarı Səlim kimi tanınan II Səlimin) arvadı və III Muradın anası – yəhudi mənşəli Nurbanu Sultandan yararlandı. Onun sayəsində zamanın sultanı Qanuni Sultan Süleymanla da tanış olmağı bacaran Nassi yəhudi etnik qrupu ilə dövlət idarəçiliyi arasında bir körpü meydana gətirdi. Nassi zamanla Qanuni Sultan Süleymanla arasındakı bağı o qədər qüvvətləndirdi ki, Qanuni onu xüsusi müşavir təyin etdi. Beləcə, ona şahzadələrlə birbaşa maraqlanan "mütəfərriqə” ünvanı verildi. Yasefin qardaşı Samuel Nassi də Qanunidən xüsusi aylıq maaş alan kadrlar arasına seçildi. Beləcə, yəhudilər səltənət sarayı ilə əlaqə yaratmış oldular. Bu əlaqələrini də bəzi seçilmiş yəhudiləri əhəmiyyətli mövqelərə gətirmək üçün dəyərləndirdilər. Yasef Nassinin Osmanlı sarayı ilə bu qədər sıx bir münasibət içinə girməsindən sonra apardığı bəzi fəaliyyətlər diqqətimizi çəkir. Nassi Avropa dövlətləri ilə Osmanlı sarayı arasında bir körpü vəzifəsi görməyə başladı. Bu şəxs xüsusən İspaniya kralı II Filipp ilə Osmanlı Sarayı arasında vasitəçilik vəzifəsini yerinə yetirməklə məşhur olmuşdu. Bu, yəhudilərin Osmanlı Dövlətinin daxildən zəiflədilməsi üçün göndərilmiş olması qənaətini dəstəkləyən bir vəziyyətdir. Yəhudiləri İspaniya torpaqlarından sürgün edən İspaniya krallığının Osmanlı torpaqlarına yerləşən yəhudiləri Osmanlı Sarayı ilə əlaqə üçün dəyərləndirmələri bu baxımdan son dərəcə düşündürücüdür. Nassi yalnız İspaniya krallığı ilə əlaqə yaratmaqla kifayətlənmir, digər Avropa ölkələri ilə Osmanlı Sarayı arasında körpü vəzifəsini yerinə yetirməyə də çalışırdı. Hətta Venesiya rəhbərliyi ilə Osmanlı Sarayı arasında vasitəçilik etdiyinə görə Venesiya rəhbərliyindən rüşvət aldığı tarixi qeydlər də öz əksini tapmışdır.
Bu dövrdə Osmanlı Dövləti güclü olduğuna görə yəhudilərin Osmanlı Sarayı ilə Avropa ölkələri arasında əlaqə yaratması Osmanlı Dövlətinə bir zərər vermirdi, əksinə fayda verirdi. Lakin zaman keçdikcə Osmanlı Dövlətinin daxilinə nüfuz edib dövləti içindən çürütməyə, yıxılmağa doğru sürükləməyə başladılar. Bunda da Osmanlı rəhbərliyinin onların keçmişlərini yaxşı təhlil edə bilməməsinin və onlardan Avropa qarşısında istifadə etməyin Osmanlı Dövləti üçün təmin edəcəyi yararlara üstünlük vermələrinin böyük rolu olmuşdur.

OSMANLI DÖVLƏTİNDƏ İLK YƏHUDİ LOBBİSİ NASSİLƏR
Haqqında danışdığımız Yasef Nassi Osmanlı Sarayı ilə bu qədər yaxın əlaqə qurunca dövlət rəhbərliyi üzərində təsiri olan bir yəhudi lobbisi yaratdı. Bu lobbi, yəni Nassilər Osmanlı Dövlətində qurulmuş ilk yəhudi lobbisidir.
Yasef Nassi eyni zamanda dünyanın müxtəlif məntəqələrinə yayılmış yəhudiləri Fələstin torpaqlarında toplama fikrində idi. Buna görə də o, sionizmin Teodor Hertsldan əvvəlki əsl fikir atası olaraq tanınır. Bu ideyasını həqiqətə çevirə bilmək üçün də Qanuni Sultan Süleymanla olan yaxşı əlaqələrindən yararlanaraq özünə Fələstinin Tiveriya gölü kənarında bir qədər ərazi verilməsini təmin etdi. Bu torpağı alınca bölgədə böyük bir yəhudi yaşayış mərkəzi qurma cəhdinə girişdi və yəhudiləri oraya köç etməyə çağırdı. Orada quracağı yaşayış mərkəzinə Sultan tərəfindən muxtariyyət veriləcəyinə ümid edirdi. Ancaq ideyasını həqiqətə çevirə bilmədi.

OSMANLI DÖVLƏTİNİN ÇÖKMƏYƏ BAŞLAMASI VƏ
BUNDA YƏHUDİ LOBBİÇİLİYİNİN ROLU
Osmanlı Dövlətinin onlar üçün təmin etdiyi imkanlardan yararlanaraq qısa zamanda böyük bir gücə sahib olan yəhudilər Osmanlı İmperatorluğunun yıxılmasında önəmli rol oynamışlar. Osmanlı İmperatorluğunun yıxılmasında böyük funksiya icra etmiş olan "İttihad və Tərəqqi Cəmiyyəti”ni quranlar və Jöntürklər (Gənc Türklər) Hərəkatını başlayanlar arasında çoxlu yəhudi vardı. İndi isə yəhudilərin Osmanlı Dövlətinin zəiflədilməsində və yıxılmasında hansı rollar oynadığının daha yaxşı başa düşülməsi üçün bəzi müfəssəl məlumatlar vermək istəyirik.
Osmanlı Dövlətində çöküş dövrünün aydın bir şəkildə başlaması 2 noyabr 1839-cu ildə elan edilən Tənzimat Fərmanı ilə olmuşdur. Bu fərman sultan Əbdülməcid dövründə elan edilmişdir. Bu fərmanın elanı isə Xarici İşlər Naziri (Xariciyyə Naziri) Mustafa Rəşid Paşanın cəhdi ilə həyata keçmişdir. Mustafa Rəşid Paşanı belə bir fərman yazmağa sövq edən ən önəmli ünsür isə qərbləşmə və ümmətçilikdən millətçiliyə keçmə fikri olmuşdur. Qərbləşmə və ümmətçilikdən qövmiyyətçiliyə keçmə fikrinin alt qurumunu hazırlayanlar isə osmanlı torpaqlarına yerləşən yəhudilərdir. Mustafa Rəşid Paşa Tənzimat Fərmanını hazırlayarkən İngiltərə ilə sıx əlaqədə idi. İngiltərə belə bir fərmanın yayılmasından razı olduğuna görə onlarla əlaqədə olan Misir valisi Kavalalı Mühəmmədəli Paşanın osmanlı idarəçiliyi ilə ortaq məxrəcə gəlməsini təmin etmişdir. Bu fərman yəhudiləri o vaxta qədər girə bilmədikləri əhəmiyyətli bəzi məktəblərə daxil olmalarını təmin etdi. Məsələn, Tibb Fakültəsinə (Tibbiyyə Məktəbi) o vaxta qədər daxil ola bilməyən yəhudilər bu fərmanın yayılmasından sonra daxil olmağa başladılar. Hətta yəhudi Baş Ravvininin müraciəti ilə sultan Əbdülməcid yəhudilər üçün xüsusi olaraq: "Yəhudilər tibbxanada dinlərinə görə yeyəcək və içəcək və istədikləri ayinlər keçirəcək və ibadət edəcəklər”, – deyə bir fərman yaydı. Çox maraqlıdır ki, bu məktəbə yəhudilərin daxil olmasından sonra bura Osmanlı Dövlətinin altını oyan "İttihad və Tərəqqi Cəmiyyəti” və Jöntürklər kimi hərəkatların beşiyi olmuşdur. Osmanlı Dövlətinin daxildən zəiflədilməsində ən böyük rol oynayan təşkilatların başında "Jöntürklər Hərəkatı” gəlir. Bu hərəkat yəhudilərin Tibb Fakültəsinə girmə haqqı əldə etməsindən sonra 1865-ci ildə Tibb Fakültəsində yarandı. Tibb Fakültəsində Jöntürklərin ortaya çıxışını və güclənməsini özü də bir Jöntürk olan sabiq İstanbul bələdiyyə sədri Cəmal Topuzlu belə anladır: "Son kurs tələbələri kamerada yatmazdılar, dörd-dörd, beş-beş yataqlı otaqlarda qalardılar... gecələr dostlar bir yerə toplanınca padşah əleyhinə üsyana çağıran bəzi yazılar yazar, şapirqrafla (bir nəşr aləti) nəşr edər, bunları gizlincə kursdakı digər dostlara, hətta xaricə belə paylayardıq.... Jöntürk hərəkatı orada yaranmışdı”. Yenə Camal Topuzlu "Jöntürklər Hərəkatı”nın İstanbuldakı mərkəzinin Bəyoğlunda olduğunu bildirdikdən sonra: "Bu mərkəzə davamlı olaraq gələnlər arasında məndən başqa türk və müsəlman yox idi”, – deyir. Bu məlumat haqqında danışılan hərəkatın bütünlüklə yəhudi və erməni kimi qeyri-müsəlmanlar və yenə yəhudi mənşəli olan dönmələr/sabatayçılar tərəfindən yaradıldığı haqqındakı digər tarixi məlumatları təsdiq edir. Bu hərəkatın əsasını qoyanların arasında çoxlu yəhudi var idi. Bunların məşhur olanlarından biri Nissim Russo adlı yəhudidir. Həmçinin aşağıda haqqında danışacağımız Emanuel Karaso da bu hərəkata rəhbərlik edən yəhudilərdən biri idi. "Jöntürklər Hərəkatı”nı Avropadakı mason lojaları da qucaqladılar və dəstəklədilər. Bu hərəkatın qabaqcıllarından olan Kazım Nami belə deyir: "Heç bir sahədə birləşməmiş, daima çəkişmiş və didişmiş olan bizdəki müxtəlif irq, qövm və dinlər masonluq tavanı altında tam razılaşma halında idilər”.
Osmanlı Dövlətinin Altını oyan axımlardan biri də "İttihad və Tərəqqi Cəmiyyəti”dir. Bu cəmiyyəti də əslində "Jöntürklər Hərəkatı” meydana gətirmişdi. Bu cəmiyyətin də təməli 1889-cu ildə Tibb Fakültəsində atılmışdır. Lakin bu cəmiyyətlərin ortaya çıxışında önəmli rol oynayanlar yəhudiliklərini açıq şəkildə ifadə edən şəxslər deyil, dönmələr (sabatayçılar), – deyilən və yəhudiliklərini gizlədən zümrədən idilər. Bu cəmiyyəti Salonikidə təmsil edən Tələt Paşa bir mason idi və Salonikidəki mason lojasının üzvü idi.
İstər "Jöntürk Hərəkatı”nın və istərsə də "İttihad və Tərəqqi Cəmiyyəti”nin ortaya çıxmasında və yayılmasında önəmli rol oynayanlardan biri yəhudi Emanuel Karasodur. Emanuel Karaso eyni zamanda "Makedoniya Rizorta Lojası” adlanan mason lojasının böyük ustadı (ustadi-əzəm) idi. Bu lojanın mərkəzi o vaxt əhalisinin yarıya yaxın bir hissəsi (180 min şəxsdən 80 min şəxs) yəhudi olan Salonikidə idi və İtaliyadakı mason lojalarına bağlı idi. Karaso "İttihad və Tərəqqi Cəmiyyəti”nin gizli işlərində paravan və kuryer vəzifəsini icra edirdi. Yəni gizli işlərə pərdə olur, onların üstünü örtməkdə öz şəxsi əlaqələrindən yararlanır, bununla yanaşı Osmanlı Dövlətinin daxilində yaşanan inkişafları Avropa ölkələrinə və Avropadakı mason lojalarına bildirirdi. Emanuel Karaso sonrakı dövrlərdə – 1908, 1912 və 1914-cü illərdə keçirilən seçkilərdə üç dəfə ardıcıl olaraq deputat seçilmişdi. Bu seçkilərdə əvvəl Salonikidən, sonra da İstanbuldan deputat oldu. Karaso müharibə dövründə də özünü iaşə müfəttişliyinə seçdirməyi bacardı. Bu vəzifəni həyata keçirərkən müxtəlif hiylələrlə çox böyük sərvət qazandı. Müharibə iaşə müfəttişi olduğu halda Liviyanın italyanlar tərəfindən işğal edilməsinə yardımçı oldu. Bu yardımın ortaya çıxdığına görə osmanlı torpaqlarından qaçmağa məcbur oldu. Buna görə də 1919-cu ildə qanunsuz yollarla əldə etdiyi sərvətlə birlikdə İtaliyaya köç etdi və çox zəngin bir İtalyan vətəndaşı olaraq ömrünün qalan hissəsini o ölkədə keçirdi. Emanuel Karaso eyni zamanda çox qatı bir sionist idi və sionizmin osmanlı torpaqlarındakı ən üst səviyyəli təmsilçisi idi. O, eyni zamanda qatı bir türk düşməni idi. Sionizmin fikir atası Teodor Hertsl ilə bir neçə dəfə görüşmüşdür. "İttihad və Tərəqqi Cəmiyyəti”ndə önə çıxan tək yəhudi, əlbəttə ki, Emanuel Karaso deyildi. Nissim Masliyah, Alber Ferid AsEo, Alber Fuaa, Rafael Benuziya və Avram Qalanti adlı yəhudilər də bu cəmiyyətin fəal kadrları arasında yer alırdılar. Bunlardan Nissim Masliyah eyni zamanda "Jöntürklər Hərəkatı”nın əsasını qoyan və bu hərəkatın fəal əməkdaşlarından idi. Masonluqla ittihadçılıq o qədər iç-içə girmişdi ki, mason lojalarına daxil olanlar eyni zamanda "İttihad və Tərəqqi Cəmiyyəti”nə də üzv qəbul edilmişdilər. Ələlxüsus, Salonikidəki mason lojalarının üzvlərinin əksəriyyətini yəhudilər və ya yəhudi mənşəli dönmələr meydana gətirirdi. Jöntürklər eyni zamanda Salonikidəki mason lojalarını gizli görüşlər üçün istifadə edirdilər.
Şair Əşrəf istər Jöntürklər, istərsə də, "İttihad və Tərəqqi Cəmiyyəti”nə yəhudi mənşəlilərin hakimiyyətini dilə gətirmək üçün çox mənalı bir rübai söyləmişdir. Bu rübaisində belə deyir:
"Əvdətilər ilə hökumətimiz
Bənzədi dövləti-Yəhudaya
Babi-fitvanı da hiyləgərlik edib
Verdilər, nihayət, Musaya”.
Açıqlaması: "Hökumətimiz dönmələr üzündən, sanki Yəhudi dövlətinə bənzədi. Fitva məqamını da sonunda hiyləgərlik edib Musaya verdilər”.
Osmanlı dövlətinin çökdürülməsində önəmli rol oynayan I və II Məşrutiyyət elanları da yuxarıda haqqında danışdığımız iki təşkilat tərəfindən həyata keçirildiyinə görə bu hadisələrdə də yəhudilərin və masonların önəmli rol oynadığını demək mümkündür.
Yəhudilər sadəcə haqqında danışdığımız iki cəmiyyətdə rol oynamaqla qalmamış, Osmanlı Dövlətinə zərər verən bütün fitnə orqanlarının yaradılmasında və yayılmasında təsirli olmuşlar. Məsələn, Yunanıstan və Bolqarıstanın hələ osmanlı sərhədləri içində olduğu vaxtda ortaya çıxan Yunan və Bolqar kommunist partiyalarına çox mühüm yardımlar etmişlər. Kommunist cərəyanların ortaya çıxardığı Saloniki Fəhlə Federasiyası daxilində də yəhudilər əhəmiyyətli bir gücə sahib idilər.

SULTAN II ƏBDÜLHƏMİD VƏ YƏHUDİLƏR
Sultan II Əbdülhəmid yəhudilərin Fələstin torpaqlarına yerləşmə planlarının qarşısını alan bir padşah kimi tanınır. Bu mövqeyinə görə yəhudilərin ortaya çıxardığı bütün fitnə təşkilatlarının ana hədəfinə çevrilmişdi.
Sionizmin fikir atası olan Teodor Hertsl yəhudilərə Fələstində torpaq verilməsi üçün Sultan II Əbdülhəmidlə görüşmək istədi. Bəzi kitablarda II Əbdülhəmidin onlarla görüşdüyü, lakin təkliflərini rədd etdiyi yazılır. Halbuki həqiqətdə II Əbdülhəmid onlarla görüşməyi qəbul etməmişdir. Buna görə də yəhudi heyət baş nazir Tahsin Paşa vasitəsilə öz təkliflərini padşaha çatdırmışdılar.
Yəhudilər 1902-ci ildə Tahsin Paşa vasitəsilə padşaha çatdırdıqları təkliflərində bunları bildirirdilər:
"Yəhudilər aşağıda deyilənləri öz öhdələrinə götürürlər:
1. Osmanlı Dövlətinin otuz üç milyon İngilis qızılına bərabər olan borclarının hamısını ödəməyi,
2. İmperatorluğu qorumaq üçün 120 milyon qızıl franka başa gələcək dəniz donanması yaratmağı,
3. Dövlətin iqtisadi vəziyyətini canlandırmaq üçün faizsiz otuz beş milyon qızıl lirə borc verməyi.
Bütün bunlar yəhudilərin ilin hər hansı bir günündə Fələstinə ziyarət məqsədilə daxil olmasına icazə verilməsinə və yəhudilərin Qüdsi-Şərifdə öz dinlərinə mənsub olanların ziyarətləri əsnasında içində qala biləcəkləri bir kanton (inzibati-ərazi bölgüsü, müstəmləkə) qurmalarına izin verməsinə qarşılıqdır”.
Sultan II Əbdülhəmidə belə bir təklif verən heyətin başında sionizmin atası Teodor Hertsl var idi. Emanuel Karaso da bu heyətin içində idi. Yəhudilərin bu təklifinə Sultan II Əbdülhəmid belə cavab vermişdir: "Tahsin, onlara de ki, dövlətin borcları onun üçün bir eyib sayılmaz, çünki Fransa kimi başqa dövlətlərin də borcları vardır və borcları onlara zərər vermir. Qüdsi-Şərifi İslam üçün ilk əvvəl Hz. Ömər fəth etmişdir. Buranı yəhudilərə satma qara ləkəsini və müsəlmanların qorumaq üçün mənə əmanət etdiklərinə xəyanət etmə günahını üzərimə götürə bilmərəm. Yəhudilər mallarını özlərində saxlasınlar. Dövləti-Aliyyənin İslam düşmənlərinin malları ilə tikilən qalaların arxasına sığınması mümkün deyil. Əmr et çıxsınlar! Bir daha mənimlə görüşməyə və ya bura girməyə çalışmasınlar”.
Sionist lider Teodor Hertsl da xatirələrində Sultan II Əbdülhəmidin onlara belə cavab verdiyini yazır: "Doktor Hertsla tövsiyə verin ki, bu barədə yeni addımlar atmasın, çünki mən bir qarış torpaq da verə bilmərəm. Ora mənim öz mülküm deyil, millətimin mülküdür. Millətim bu yer üçün döyüşmüş və oranı qanı ilə suvarmışdır. Yəhudilər milyonlarını özləri üçün saxlasınlar. Bir gün gələr İmperatorluğum parçalanarsa, bax o vaxt yəhudilər Fələstini pul vermədən ala bilərlər. Lakin mən sağ olduqca bədənimin neştərlə yarılması Fələstinin İmperatorluğumdan qoparılmasından mənim üçün daha asan bir hadisədir. Bu, qeyri-mümkündür. Mən sağ ikən bədənimizin üzərində otopsiya aparılmasına əsla icazə verə bilmərəm”.
Sultan II Əbdülhəmid xatirələrində də yəhudilərin Fələstinə yerləşmə fikirləri haqqında olduqca maraqlı nöqtələrə toxunur. II Əbdülhəmid belə deyir: "Yəhudilər Avropada Şərqdə olduğundan daha artıq bir qüdrətə sahibdirlər. Buna görə də bir çox Avropa dövləti çox artmış olan Semit (yəhudi) irqindən xilas ola bilmək üçün yəhudilərin Fələstinə mühacirətini yaxşı qarşılayacaqlar. Lakin bizim məmləkətimizdə kifayət qədər yəhudi vardır. Əgər Fələstində müsəlman ərəb ünsürünün üstünlüyünü qoruyub saxlamasını istəyiriksə, yəhudilərin yerləşdirilməsi fikrindən vaz keçməliyik. Əks təqdirdə yerləşdirildikləri yerdə çox qısa zamanda bütün qüdrəti əldə edəcəklərinə görə dindaşlarımızın ölüm qərarını imzalamış olarıq. ... Sionistlər Fələstində yalnız kənd təsərrüfatı ilə məşğul olmaq deyil, orada hökumət qurmaq, siyasi təmsilçilərini seçmək kimi şeylər də arzulayırlar”.
Sultan II Əbdülhəmid "İttihad və Tərəqqi Cəmiyyəti”nin qaldırdığı və tarixə 31 Mart hadisəsi adı ilə düşən üsyandan sonra taxtdan endirilmişdir. Bu hadisədə maraqlı olan fakt bu idi: 31 Mart Üsyanını qaldıranlar və təhrik edənlər "İttihad və Tərəqqi Cəmiyyəti”nin üzvləri və ya onların yönləndirdiyi şəxslər idi. Daha sonra Padşahın taxtdan salınmasına da yenə bu cəmiyyət qərar verdi və bu qərarında padşahı 31 Mart Üsyanına səbəb olmaqla günahlandırdı. Yəni öz günahlarını padşahın boynuna ataraq bunu onun taxtdan salınması üçün əsas olaraq istifadə etdilər. Padşahın xəlinə dair qərarı ona çatdıran heyətin arasında olanlardan biri də Emanuel Karaso idi. Bu qərarı çatdıran heyətin içində bir nəfər də olsun türk yox idi. Osmanlı əhalisini təmsil edərək padşahın qarşısına çıxdığını iddia edən belə bir heyətdə əhalinin ana ünsürünü təşkil edən və dövlətin idarəçiliyini rəsmiyyətdə əlində tutan önəmli bir etnik ünsürü təmsil edən bir tək şəxsin olmaması diqqətçəkici idi. Padşah da belə bir vəziyyət qarşısında bu ifadəni işlətdi: "Bir türk padşahına 33 il bu məqamda oturmuş, İslam xəlifəsinə xəl qərarını bildirməsi üçün bir yəhudi, bir erməni, bir alban və bir nankordan başqasını tapa bilmədilərmi?!”
Yazıqlar olsun ki, Fələstin torpaqlarının yəhudilərə satılması üçün rüşvət təklif edildikdə Sultan II Əbdülhəmid tərəfindən qovulan yəhudi Emanuel Karaso bu dəfə sultanın xəl qərarını çatdırmaq üçün onun qarşısına çıxmışdı. Bu xəyanətin şərtlərini hazırlayan təşkilat da "İttihad və Tərəqqi Cəmiyyəti” idi.
İsrailin ilk baş naziri David Ben-Qurionun da II Əbdülhəmid dövründə İstanbul Hüquq Fakültəsində oxuduğunu və "İttihad və Tərəqqi Cəmiyyəti”ndə padşah əleyhinə fəaliyyətlərə qatıldığını xatırlatmaq yerinə düşərdi. Ben-Qurion I Dünya Müharibəsi başladıqdan sonra Qüdsə qayıtdı.

"İTTİHAD VƏ TƏRƏQQİ CƏMİYYƏTİ” VƏ FƏLƏSTİNƏ YƏHUDİ KÖÇÜ
Yəhudilərin və masonların Sultan II Əbdülhəmidə son dərəcə düşmən olmalarının ən önəmli səbəblərindən biri onun yəhudilərin Fələstin torpaqlarına yerləşməsinə mane olması idi. II Əbdülhəmid yəhudilərin gizli yollarla gedib o torpaqlara yerləşməsinə mane olmaq üçün də müxtəlif tədbirlər görmüşdü. Bu tədbirlərdən biri də Fələstin torpaqlarındakı müqəddəs məkanları ziyarət etmək üçün ora daxil olan yəhudilərin pasportlarının gömrük qapılarında alınması və geri döndükdə onlara qaytarılması idi. Həmçinin yəhudilərin Fələstində hər hansı bir şəkildə torpaq satın almalarına yasaq qoyulmuşdu.
"İttihad və Tərəqqi Cəmiyyəti”nin başında dayanan Əhməd Rza, Ənvər Paşa, Tələt bəy və Nazim bəy Fələstinə yəhudi köçünün Osmanlı Dövləti üçün yararlı olacağını iddia edirdilər. Halbuki onların bu iddiaları mason lojalarından aldıqları təlqinlərə dayanırdı. Onsuz da Salonikidəki mason lojalarının təməl hədəflərindən biri Fələstin torpaqlarına yəhudilərin yerləşdirilməsinin qarşısındakı maneələri qaldırmaq idi. Ən böyük maneə isə Sultan II Əbdülhəmid idi. O, taxtdan endirildikdən sonra yəhudi köçünün önündəki bu ən böyük maneə qaldırıldı.
"İttihad və Tərəqqi Cəmiyyəti” Sultan II Əbdülhəmidi taxtdan endirdikdən sonra onun yerinə Sultan Rəşadı gətirdi. Sultan Rəşad ittihadçıların qarşısında passiv qalmışdı. Ümumiyyətlə, dövlət rəhbərliyinin ixtiyarı onların əlinə keçdi. Onlar da Fələstin torpaqlarına yəhudi köçünü asanlaşdırdılar. İttihadçılar II Əbdülhəmidin əcnəbilərin Fələstindən ərazi almasını yasaqlayan qanunların tətbiqini ortadan qaldıraraq yəhudilərin Fələstin də daxil olmaqla məmləkətin hər tərəfindən torpaq satın almalarına imkan verən qanunlar qəbul etdilər.
1909-cu ildə II Əbdülhəmidin xəlindən sonra iqtidara gələn hökumətdə bir neçə yəhudi mənşəli nazir var idi. Bu barədə "Ensiklopediya Judeysaq”da belə deyilir: "1909-cu il Jöntürklər İnqilabından sonra iqtidara gələn ilk hökumətdə aralarında Baryuhay Russo ailəsinin nəvəsi olan və firqənin liderlərindən biri olaraq fəaliyyət aparan Maliyyə Naziri Cavid Bəyin də olduğu bir neçə dönmə (sabatayçı) vardı”.
Yəhudilərin və onların gizli qanadı olan dönmələrin (sabatayçıların) fəaliyyətlərini görən və sionizm təhlükəsinin məmləkəti uçuruma doğru sürüklədiyini görən Komotinidən deputat İsmayıl Haqqı bəy ittihadçılara qarşı 1910-cu il 21 fevralda Əhali Firqəsini quraraq müxalifətə başlamışdır. İsmayıl Haqqı bəy 1911-ci ilin fevralında Milli Məclisdə (Məclisi-Məbusan) söylədiyi bir nitqdə sionizm təhlükəsinə diqqət çəkmiş və sionistlərlə əməkdaşlıq edən ittihadçıların məmləkəti yəhudilərə satdıqlarını dilə gətirmişdir. Bu həqiqəti dilə gətirənlərdən biri də Beyrutdan deputat Rza Saleh Bəy idi. Rza Saleh Bəy İsmayıl Haqqı Bəydən sonra məclis kürsüsündən söylədiyi nitqdə bunları demişdi: "Yəhudilər dövlətlərə məxsus bayraq və aralarında istifadə edilsin deyə marka çıxardılar, pul vurdular. Pul və bayraq üçün hal-hazırda əlində sənəd yoxdursa da, marka nümunəsini Şükrü Bəy göstərmişdi. Musəvilər (yəhudilər) Fələstində tarlanı min quruşa deyil, əlli quruşa alırlar. Bir çox ərazini satın alıb koloniyalara çevirirlər. Sayları iki yüz minə çatmışdır. Bu bölgənin iqtisadiyyatı tamamilə əllərinə keçmişdir”. Yəhudilərin Fələstində o zamankı sayları hələ iki yüz minə çatmamışdı. Zənn edirik ki, Rza Saleh Bəy bu sayı təxmini olaraq söyləmişdir.
Əvvəllər ittihadçılarla birlikdə olan, lakin onların sionistlərlə əməkdaşlıq etdiyini yəqinən görəndə onlara qarşı cəbhə alan Miralay (Polkovnik) Sadiq Bəy də sionizm təhlükəsinə bu şəkildə diqqət çəkirdi: "Bu gün sionistlərin nəzərində Osmanlı Dövlətinin çökməsi heç olmasa, Qüdsün və Fələstinin bizdən ayrılması istənilir. Masonlar da onlarla bərabərdir. Buralarda bir yəhudi dövləti qurmaq istəyirlər”. Miralay Sadiq Bəy bu xəbərdarlığı "İttihad və Tərəqqi Cəmiyyəti”nin konqresinə təqdim etdiyi bir məruzədə bildirmişdir. Lakin ittihadçılar onun məruzəsini dərhal ortadan qaldırmış və özünü də arzuolunmayan adam elan etmişdilər.
Bütün bu məlumatlar ittihadçıların Osmanlı Dövlətində ixtiyarı öz əllərinə keçirmələrindən və Sultan II Əbdülhəmidi taxtdan endirdikdən sonra Fələstinə yəhudi köçünün asanlaşdırıldığını gözlər önünə gətirir.

OSMANLI DÖVLƏTİNİ İQTİSADİ BAXIMDAN
ÇÖKDÜRƏN BİR TƏBƏQƏ: QALATA BANKİRLƏRİ
İspaniyadan köç edən yəhudilərdən İstanbula yerləşənlərin birinci dərəcədə gördükləri iş sələmçilik, yəni pul alış-verişi idi. Hətta sələmçilik işində Qalata Bankirləri deyə tanınan bir sələmçi təbəqəsi meydana gətirdilər. İstanbulun Qalata səmtində yerləşən Komisyon Xanı (Binası) və Xaviyar Xanı adı verilən iki ayrı xanda bu işi icra edən yəhudi sələmçilər dövlət məmurlarından əkinçilərə qədər pul problemi ilə qarşılaşan hər kəsə yüksək faizlə borc pul verir və bununla da böyük qazanclar əldə edirdilər. Zamanla işi o qədər böyütdülər ki, bəzi dövlət qurumlarına belə faizlə kredit verməyə başladılar. Bununla bərabər dövlətin əcnəbi ölkələrdən borc tapmasında da vasitəçilik edir və bu iş üçün faiz alırdılar. Belə ki, dövlətin milli gəliri və xaricdən aldığı borcların önəmli bir miqdarı birja oyunları, sələmçilik və faizçilik əməliyyatları ilə əksəriyyəti yəhudilərin təşkil etdiyi Qalata Bankirlərinə gedirdi. Qalata Bankirləri təbəqəsini təşkil edən bu yəhudilər faizçiliklə öz sərmayelərini davamlı böyüdərkən dövləti iqtisadi cəhətdən ciddi problemlərin içinə saldılar. Deyə bilərik ki, Osmanlı Dövlətini iqtisadi yöndən çökdürən ən önəmli amil xarici borc və onun gətirdiyi faiz yükü idi. Bu borcların gətirdiyi faiz yükünün yüksək olmasının ən önəmli səbəbi isə Qalata Bankirlərinin sələmçilik oyunları idi.
(ardı var)
Müəllif: Ahmet Varol
Mütərcim: Xəyyam Qurbanzadə




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun