16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TÜRKİYƏDƏ YƏHUDİ LOBBİÇİLİYİ (II HİSSƏ)

TÜRKİYƏ RESPUBLİKASININ QURULUŞU
DÖVRÜNDƏ YƏHUDİ LOBBİÇİLİYİ

Yəhudilər Osmanlı Dövlətində olduğu kimi Türkiyə Respublikasının quruluş dövründə də qızğın bir şəkildə lobbi fəaliyyətləri aparmışlar. Bu lobbi fəaliyyətlərinin təsirini əsasən maarif fəaliyyətlərində görürük. Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamalın ilk təhsilini yəhudi dönməsi bir şəxsin məktəbində almasında da, bəlkə, onların təhsilə bu dərəcə üstünlük vermələrinin təsiri ola bilər. Mustafa Kamal ilk təhsilini yəhudi dönmələrindən (sabatayçılardan) olan Şəmsi Əfəndinin açdığı məktəbdə almışdır. Şəmsi Əfəndinin əsl adı isə Şimon Zviy idi.
Mustafa Kamal əhalisinin mühüm bir hissəsi yəhudi olan və ardıcıl fəaliyyət göstərdikləri Saloniki şəhərində 1881-ci ildə dünyaya gəlmişdir. Onun "Nutq” ("Nitq”, türkcədə "Nutuk”) adlı kitabda bildirdiyinə görə uşaqlıq illərində anası ilə atası arasında hansı məktəbdə oxuyacağı barəsində münaqişə yaranır. Anası onu məhəllə məktəbinə göndərmək istəyərkən atası müasir sistemlə təhsil verən Şəmsi Əfəndi Məktəbinə göndərmək istəyir. Nəticədə atasının istəyi qəbul olunur və Mustafa Kamal Şəmsi Əfəndi Məktəbinə göndərilir.
Şəmsi Əfəndinin kim olduğunu özü də bir dönmə olan İlqaz Zorlunun "Bəli, mən Salonikiliyəm” adlı kitabından öyrənək: "Şəmsi Əfəndi 1852-ci ildə əslən sabatayçı (yəhudi dönməsi) olan bir ailənin üzvü olaraq doğuldu. Yaşadığı dövrün ən böyük sabatayçı kabbalistlərindən idi. Kabbalist yəhudilərin əhəmiyyətli dini qaynaqlarından olan Kabbalanı təfsir edə bilən şəxslərə deyilir. Bir müddət Feyziyyə Məktəbində yəhudi dönmələri uşaqlarına Əqaidi-Diniyyə (Dini Əqidələr, yəni sabatayçı cərəyanın iman əsaslarını) öyrətdi. Dönmələrin iki ayrı qrupu olan Karakaş və Kapancı qollarını birləşdirmək üçün dayanmadan çalışdı, lakin buna müvəffəq olmadan öldü”.
Yəhudi lobbiçilərin respublikanın quruluşu mərhələsində dərhal səhnəyə çıxdıqlarını görürük. Belə ki, yəhudilər respublikanın quruluş mərhələsindən əvvəl gerçəkləşdirilən Lozan görüşmələrinə birbaşa müdaxilə edə bilmək üçün görüşlərin keçirildiyi şəhərə qədər gedib Türk tərəfini təmsil edənlərlə əlaqə qurmağa çalışmışlar. Lozan görüşlərində iştirak edənlərdən olan Dr. Rza Nur "Həyat və Xatirələrim” adlı əsərində onların müdaxilələri haqqında belə deyir: "Bir müddətdir İstanbul sabiq baş ravvini Nəhum (Hayim Nəhum) bizim mehmanxanada (Lozan görüşləri əsasında qaldıqları mehmanxanada) görünməyə başladı. Baxdım ki, bir gün İsmətlə (İsmət İnönü ilə) görüşür. Nə etmiş, kimi vasitəçi seçmiş bilmirəm. İsmətə yaxınlaşmış. Yaman yəhudidir! ... Artıq İsmətdən ayrılmır. Yemək vaxtını bildiyi üçün tam o vaxtda liftin yanında gözləyir. Dərhal İsmətin qoltuğuna girir, belindən tutur. O da onun. Lüzum olmadığı bir halda İsməti dəhlizdə fırladır. Sonra yeməkxanada İsmətlə zarafatlaşır, gülür. Başa düşülür ki, hamıya: "İsmət mənim səmimi dostumdur”, – deyə göstərmək istəyir və göstərir də. Nəhayət, bütün yəhudi qarayaxalığı (qır-saqqızlığı) ilə yaxınlaşdı. İsmətin yaxasını buraxmır. İndi otağından da çıxmır. İsmət bunu müşavir təyin etdi. Gündəlik maaş verməyə də başlamışdır. Mənə də heç bir şey demir. Görüş heyətini, bu heyət üçün ayrılmış pulu sanki öz ferması kimi istifadə edir. Bilmirəm nə deyib aldatdı, bu asan aldana bilən İsmət yəhudinin dolabına girdi. Bir dəfə baş ravvini süfrəmizə də gətirdi. Bu vaxta qədər səsimi çıxarmamışdım. İsmətə dedim: "Bu yəhudi haradan çıxdı? Sənin belə bir yəhudi ilə saymazcasına görüşməyin heysiyyətini və türk millətinin heyətinin heysiyyətini zədələyir. Bu qədər də üz vermə! Heç olmasa, hamının içində üz vermə!” Mənə əsəbiləşdi.
Hərif qəfildən azdıqca azdı. Heyətdən ona-buna hamının içində əmrlər verir. Mənim önümə keçib qarşımda yeriyir. Ehtimalən İsmət mənim sözlərimi ona deyib. Lakin mən heç dayanaram? Onsuz da yəhudiləri sevmirəm. Ravvini qarşıma keçdiyi vaxt təhqir etdim və qolundan tutub arxama çəkdim. "Bundan sonra burada yeri!” – dedim...
İsmətə təkrarən dedim: "Bu bir yəhudidir. Yəhudilər çox dəyərsizdirlər. Kim bilir bunun nə çirkin işləri var. Bundan bir xeyir gözləmə. Onun tanıdığı mühit yəhudi sərraf aləmidir. ...” Baş ravvin İsmətə bütün ingilis və fransız dövlət adamlarını tanıdığını, hamısının dostu olduğunu, işləri istədiyi kimi nizama salacağını deyirmiş. Əlbəttə ki, ingilis, fransız və italyan nümayəndələrinə də İsmətin onun əlində olduğunu deyirdi. ... Lozan mühitində dolaşıb gəzir, hamıya: "İsmət dostumdur, sözümdən çıxmaz”, – deyirmiş. ...”
Lozan görüşlərində iştirak edən Türk heyətinin başında İsmət Paşa (sonrakı adı ilə İsmət İnönü) dayanırdı. Bu heyətin içində yer alan Dr. Rza Nurun xatirələrində yazılan və yuxarıda verdiyimiz ifadələr yəhudilərin respublikanın quruluşu mərhələsində hansı lobbi fəaliyyətləri apardıqlarını, necə oyunlar çıxardıqlarını başa düşə bilmək üçün çox önəmli ip ucları verir. Onlar Lozan görüşləri əsnasında oynadıqları oyunları sonrakı dövrlərdə oynamaqdan geri durmamışlar. Bu oyunları oynayarkən də özlərinin zamanın güclü dövlətlərinin rəhbərləri ilə olan əlaqələrindən və irtibatlarından istifadə edirdilər. Baş ravvin Hayim Nəhumun Lozan görüşləri əsnasında apardığı Lobbi fəaliyyətləri bundan ibarət deyildir. İngilislərin təzyiqlərinin Türk heyətinə qəbul etdirilməsində onun önəmli rolu olduğu müxtəlif tarixi qaynaqlarda yer alan məlumatlardan başa düşülür. Xilafətin ləğv olunması türk tərəfinə Lozan görüşləri əsnasında qəbul etdirilmişdi və bunda da Hayim Nəhumun önəmli rolu olmuşdur. İndi isə bu mövzudakı məlumatları gözdən keçirək:
Lozan görüşləri əsnasında Türkiyədəki baş vəkil (baş nazir) olan Rauf Orbayın bildirdiyinə görə baş ravvin Hayim Nəhum ingilislərin adından İsmət Paşa ilə görüşmüş və gizli bazarlıqlarla xəlifəliyin ləğv olunmasını qəbul etdirmişdi. Rauf Orbay bu mövzu ilə əlaqədar olaraq Feridun Kandəmirə bunları demişdi: "İsmət Paşa başa düşüldüyünə görə Lozanda ingilislərlə bir növ gizli vasitəçilik rolu oynayan İstanbul yəhudi baş ravvini Hayim Nəhum Əfəndinin təlqinləri ilə xilafətin artıq nə şəkildə olursa-olsun Türkiyədə davam etməsinə icazə verilməyib dərhal ləğv olunması fikrini tamamilə mənimsəmişdi”.
Tanınmış islamçı yazar Nəcib Fazil Qısakürək də xilafətin ləğv edilməsi fikrinin bu gizli görüşmələrdə qətiləşdiyini və hadisənin qəhrəmanının yəhudi baş ravvini Hayim Nəhum olduğunu bildirmişdir.
Halbuki Lozan görüşlərinin keçirildiyi günlərdə Mustafa Kamal Anadoluda söylədiyi nitqlərdə xilafət müəssisəsinin qorunacağını deyirdi. Mustafa Kamal bu günlərdə Ankaradakı Milli Məclisdə söylədiyi nitqdə bunları deyirdi: "Türkiyənin vəzifəsi xilafət məqamını xilas etməkdir. Bu bizim üçün xüsusi bir davadır. Bunu xilafət məqamı olaraq sonuna qədər göstərmək və onun xilas olmasına çalışmaq bizim üçün xeyirli bir davadır. Bizim üçün bu dava İslam dünyasının gözündə fövqəladə qüvvətləndirici bir məsələdir. Bunu sarsıtmaq doğru deyildir”.

RESPUBLİKA DÖVRÜNDƏ YƏHUDİ LOBBİÇİLİYİ

Əvvəllər Salonikini özlərinə fəaliyyət mərkəzi seçən yəhudilərin və onların kimliklərini gizlədən qanadları hesab olunan dönmələrin önəmli bir qrupu respublikanın quruluşundan sonra Türkiyəyə, ələlxüsus, İstanbula daşınma yolunu seçdilər. Bu köç isə 1924-cü ildə gerçəkləşdirilən Əhali Mübadiləsi əməliyyatı ilə oldu.
Yəhudilər lobbi fəaliyyətlərini Türkiyə Respublikası qurulduqdan sonra da qızğın bir şəkildə davam etdirdilər. Bu fəaliyyətlərdə önə çıxan adlardan biri türk millətçiliyinin (qövmiyyətçiliyinin, irqçiliyinin) nəzəriyyəçilərindən olan Munis Təkinalp idi. Təkinalp dönmələr, yəni sabatayçılar zümrəsinə mənsub bir ailədəndir və əsl adı Mois Kohən idi. Kohənlər dönmələr içində tanınmış bir ailədir. Mois Kohən də bu ailəyə mənsub idi. Bildirdiyimiz kimi, bu şəxs türk millətçiliyi ideologiyasının fikir atalarından olduğuna görə Türkiyə Respublikasının rəsmi ideologiyası üzərində də önəmli təsiri vardır, çünki qurulan yeni respublika bir milli dövlət mahiyyəti daşıyırdı və millətçiliyi (qövmiyyətçiliyi) də rəsmi ideologiya kimi mənimsəmişdi. Mois Kohən eyni zamanda Mustafa Kamalın xüsusi doktorlarından idi.
Bu dövrdə önə çıxan yəhudi lobbiçilərindən biri də yenə Mustafa Kamalın xüsusi həkimlərindən olan Abravaya Mərmərəli idi. Bu şəxs eyni zamanda Milli Məclisə deputat olaraq da daxil olmuşdu. Önə çıxan digər bir yəhudi lobbiçi də yeddinci dövr deputatlarından Avram Qdlanti idi. Avram Qdlanti Osmanlı dövründə də "İttihad və Tərəqqi Cəmiyyəti”nin aktiv və qabaqcıl kadrlarından biri idi.
Türkiyə Respublikası ilk dövrlərində yəhudilərin Avropadakı nüfuzlarından yararlanmaq istəyirdi. Bu məqsədlə Türkiyədəki yəhudilərin qabaqcıllarına və ələlxüsus, Osmanlı Dövlətinin parçalanmasını sürətləndirən hərəkatlarda rol almış olanlara müxtəlif səlahiyyətlər verdi. Respublika rəhbərliyi yəhudilərdən idxalat, ixracat sahələrində və xaricdən borc tapma mövzusunda da yararlanmaq istəyirdi.
Respublika rəhbərliyi bəzi yəhudilərin iqtisadi sahədə irəliləməsinə və bu sahədə önəmli bəzi bazarları əllərinə keçirmələrinə də fürsət verdi. Həmçinin siyasi və ictimai sahədəki bəzi islahatlar iqtisadi sahədə hücum etməyə çalışan bəzi yəhudilərin işlərini asanlaşdırdı. Məsələn, əvvəllər İstanbulun Mahmudpaşa səmtində və Üstüörtülü Bazarında (Kapalı çarşı) satıcılıq edən Vitali Hakko "Şapka Qanunu” sayəsində böyük qazanclar əldə etmiş və bu gün tekstil və tikili paltar sənayesi sahəsində bir div halına gəlmişdir, çünki "Şapka Qanunu” çıxdıqda Vitali Hakko Xas (Xüsusi) Şapka markalı bir şapkanı bazara çıxardı. "Şapka Qanunu”na görə kişilərin şapka geyinməsi məcburi olduğuna görə Vitali Hakkonun Xas Şapkası da böyük satışlar gerçəkləşdirdi və bunun sayəsində o, böyük qazanclar əldə etdi.
Yəhudilər respublikanın quruluş mərhələsində və ilk illərində apardıqları lobbi fəaliyyətləri ilə önəmli məqamları tutmağı bacardılar. Bu məqamları tutmaq onların sonrakı dövrlərdəki lobbi fəaliyyətlərini asanlaşdırdı. Əlbəttə ki, bu vaxtlarda Avropa ölkələri yanında əldə etdikləri siyasi qazanclarını və statuslarını da Türkiyədəki vəziyyətlərini sağlamlaşdıra bilmək üçün çox yaxşı dəyərləndirmişdilər. Bu fəaliyyətləri onların iqtisadi sahədəki güclərini artırmalarına da imkan yaratmışdır. Məsələn, 1954-cü ildə Qalatada yəhudi biznesmenləri Üzeyir Qarih ilə İshaq Alatonun beş min lirə sərmaye ilə yaratdıqları "Alarko Holdinq”in bugünkü gücünü qazanmasında, 1958-ci ildə dövrün baş naziri Adnan Menderesin onlara Ankarada qurulacaq bir pul mətbəəsinin havalandırma tərtibatının tenderini verməsinin önəmli rolu olduğunu heç kim inkar edə bilməz. Elektrik məhsullarının satışı ilə bazara girən yəhudi "Burla bəradərlər”in də istər dövlətdən aldıqları tenderlərlə və istərsə də, türk biznesmenləri ilə apardıqları müştərək fəaliyyətlərlə qısa zamanda böyük gücə sahib olduqları ortadadır. Bunlar yalnız bir misaldır. Bunlardan başqa da misallar vermək mümkündür.
Respublika dövründə yəhudiliklərini açığa çıxaranlar daha çox iqtisadi sahəyə üstünlük vermiş, dönmələr isə yalnız bu sahəyə ağırlıq verməklə qalmamış, zamanla siyasətə də girmiş və müxtəlif dövlət məqamlarından vəzifələr almışlar. Bu vəziyyətə əsaslanaraq yəhudilərin dövlət məqamlarında vəzifədə oturmadıqları qənaətinin hakim olmasına çalışılmışdır. Halbuki dönmələr/sabatayçılar deyə tanınan axıma mənsub olanlar da həmin məqsədə xidmət etmişlər. Buna görə də respublika dövründə dövlət məqamlarında vəzifə alan dönmələrdən bəziləri haqqında söhbət açmaqda yarar görürük:

Süleyman Kani İrtəm: İstanbulun sabiq valisi
Müvəffəq Bəndərli: İstanbul vəkillər kollegiyasının sabiq sədri
Əhməd İsvan: İstanbul sabiq bələdiyyə sədri
Əli Kənan Gökart: Təqaüdçü səfir
Cavid Yenicioğlu: Təqaüdçü general
İsmayıl Tokər: Təqaüdçü admiral
Coşqun Kırca: Təqaüdçü səfir

İsmayıl Cem İpəkçi: TRT-nin sabiq sədri, sabiq xarici işlər naziri. İsmayıl Cem İpəkçinin 1974-cü ildə TRT-nin sədrliyinə gətirilməsi xüsusi bir qanunla təmin edilmişdir. Bunlar sadəcə önə çıxan bir neçə addır. Bunlardan başqa da dönmə mənşəli bir çox şəxs müxtəlif dövlət məqamlarında vəzifə almışdır.

YAZI VƏ FİKİR SAHƏSİNDƏ DÖNMƏLƏR

Respublika dövründə dönmələr yazı və fikir sahəsində də önə çıxmağa çalışmışlar. Bu sahədə önə çıxan adlardan biri daha öncə adını çəkdiyimiz Munis Təkin idi. Digərləri isə bunlardır:
Əhməd Əmin Yalman: Dönmələrin/sabatayçıların yazı və fikir sahəsindəki kadrlarından idi. Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü olmuşdur. Bir dövrün təsirli qəzetlərindən olan "Vətən” qəzetinin sahibi və baş yazarı idi. Yalman yazılarında dönmələri müdafiə etməklə məşhurlaşmışdı. Buna görə də dönmələrlə eyniləşmişdi. Həcvləri ilə məşhur olan Neyzən Tofiqin onun haqqında yazdığı bu rübai çox mənalıdır:

"Bu bizim dönmə dolab Əhməd Əmin
Millətin dinü-imanına çatmadadır[1]
Ağrımaz başım etsəm də yəmin
Vətəni on quruşa satmadadır”.

Respublika dövrünün önə çıxan yazarlarından xanım Xalidə Ədib Adıvar da dönmələrdən idi. Xalidə Ədib Adıvar, ələlxüsus, respublika ideologiyasının fikri baxımdan möhkəmləndirilməsi və cəmiyyətə həzm etdirilməsi üçün hekayə, roman və xatirə tipli kitablar yazmaqla məşhur olmuşdu. Xalidə Ədib Adıvarın özü kimi yazar olan həyat yoldaşı Əhməd Adnan Adıvar da dönmə mənşəli idi.
Tanınmış yazarlardan olan Əbdi İpəkçi də Saloniki köçməli dönmələrdən idi. 1964-cü ildə Əhməd Əmin Yalmandan Beynəlxalq Mətbuat İnstitutu İdarə Heyəti üzvlüyünü təhvil alan Əbdi İpəkçi "Milliyyət” qəzetində uzun illər köşə yazarlığı etdi. Əbdi İpəkçi Papa II İoann Pavel sui-qəsd etməklə məşhurlaşan Mehmet Əli Ağcanın gerçəkləşdirdiyi cinayətdə öldürülmüşdü.
"İzmirdə düşmənə ilk gülləni atan şəxs” olaraq tarixə düşən jurnalist Həsən Təhsin də dönmə mənşəli idi. Dönmə mənşəli tanınmış yazarlardan biri də Zəkəriyya Sərtəldir. TRT-yə rəhbərlik edən Əmin Qalib Sandalçı da medianın dönmə mənşəli kadrlarından idi. Yenə qərb təmayüllü görüşləri cəmiyyətdə yayma yönündə cəhd sərf etməsi ilə məşhurlaşmış Əhməd Ağaoğlu da dönmə mənşəli yazarlardan idi.
Hələ də "Milliyyət” qəzetində xarici siyasət barəsində məqalələr yazan Sami Kohən də dönmə mənşəlidir. Bu şəxs Amerikada da Sam Kohən adı ilə yazı yazmaqdadır.
Bunlar yəhudi və dönmə mənşəli jurnalist və yazarların Türkiyədə məşhur olanlarından bəziləridir. Əlbəttə ki, başqaları da vardır. Yəhudi və dönmə mənşəli yazarların və fikir adamlarının fəaliyyətləri yaxşı təhlil edilərsə, ələlxüsus, respublika dövrünün ideoloji və fikri bazisinin yaradılmasında və bunun cəmiyyətə həzm etdirilməsi fəaliyyətlərində önəmli rol aldıqları görünər.
Dönmələr yalnız yazı yazmaqla və fikir irəli sürməklə kifayətlənməmiş, mediada boss olaraq təsirli olmağa da çalışmışlar. Bu məqsədlə müxtəlif mətbu orqanları çıxarmışlar. Bu gün də başda Türkiyənin ən çox satılan qəzetləri arasında yer alan "Sabah” qəzeti olmaqla bir çox mətbi orqan çıxaran və "ATV” adlı bir televiziya quruluşu olan önəmli bir media holdinqinin sahibi vəziyyətindəki Dinç Bilgin dönmə mənşəli media bosslarından biridir.

TƏHSİL SAHƏSİNDƏ DÖNMƏLƏR

Dönmələr/sabatayçılar adı verilən qrup normal olaraq yəhudiliklərini gizlədən və özlərini müsəlman olaraq tanıtdıran camaat olmalarına baxmayaraq, gizli əqidələrini qoruya bilmək və bu əqidələrini yetişən nəsillərinə də olduğu kimi ötürə bilmək üçün öz təhsil sistemlərini qurmağa böyük maraq göstərmişlər. Dönmələrin təhsil sahəsindəki ustadlarından biri daha öncə haqqında danışdığımız Salonikili Şəmsi Əfəndidir. Şəmsi Əfəndi öz gücü ilə Salonikidə ibtidai sinif səviyyəsində bir təhsil ocağı yaratmışdı. Özü də bir dönmə olan İlqaz Zorlunun "Bəli, mən Salonikiliyəm” adlı kitabında Şəmsi Əfəndi və onun məktəbi haqqında verdiyi bəzi məlumatları nəzərinizə çatdırmaqda fayda görürük: "Bu cəhdlərin (yəni sabatayçı nəslin təhsili üçün edilən cəhdlərin), heç şübhəsiz ki, ən önəmlisini o illərin əslində məlumatlı bir kabbalisti və din adamı olan Şəmsi Əfəndi (Şimon Zviy) etməkdə idi. İcma gənclərinin necə böyük bir problemlə qarşı-qarşıya qaldığını görən Şəmsi Əfəndi bir müddət sonra öz düşüncələrini sabatayçı cəmiyyət içində eşitdirmə cəhdinə girişdi. Bu cəhd bir anda elə bir tərəfdar topladı ki, insanlar adətən onun fikirlərinə yapışdılar. Lakin tamamən öz gücü ilə Salonikidə ibtidai sinif səviyyəsində bir təhsil ocağı yaratdı. ... aldığı qərb təhsilinin təsiri ilə bir müddət sonra məktəbi Salonikidə önəmli müvəffəqiyyətlər qazanmışdır. Atatürk də sadəcə icma üzvü şəxslərin qəbul edildiyi bu məktəbdə bir müddət oxumuş və orada verilməyə çalışılan qərb anlayışından təsirlənmişdir, bunu daha sonrakı fikirlərində də görürük”.
Dönmələr Salonikidəki təhsil ocaqları ilə yanaşı İstanbul və İzmirdə də önəmli təhsil ocaqları qurmuşlar. Bunların başda gələni isə İstanbuldakı Feyziyyə məktəbi idi. Feyziyyə Məktəbinin də təməli əslində Salonikidə atılmışdır. Ilk dəfə 1885-ci ildə Salonikidə "Feyzi Sibyan” adı ilə bir məktəb açıldı. Balkan Döyüşü əsnasında iqtisadi krizə girən bu məktəbi Sultan II Əbdülhəmidin taxtdan salınmasından sonra iqtidara gələn hökumətdə Maliyyə Naziri vəzifəsində çalışan Cavid Bəyin yardımları xilas etmişdir. Bir maliyyə nazirinin bir məktəbi xilas edəcək yardımları isə dövlətin büdcəsindən götürdüyü, şübhəsiz, bir həqiqətdir. (Cavid Bəy daha sonra Atatürk tərəfindən edam edilmişdir). İstanbuldakı Feyziyyə Məktəbi bu gün "İşıq liseyi” ("Işık lisesi”) adı ilə fəaliyyətini davam etdirir. Feyziyyə Məktəbi və onun yerinə keçən "İşıq liseyi”nin əsl məqsədi dönmələrin/sabatayçıların övladlarının müsəlmanların uşaqlarına qarışmalarının qarşısını almağı və beləcə gizli olaraq saxladıqları sabatayçı əqidələrini qorumağı təmin etməkdir. Bu gün hələ də varlığını davam etdirən "Ulus Musəvi liseyi” isə məxsusən yəhudilərin, yəni yəhudiliklərini açığa çıxaran etnik qrupun övladlarının oxuduğu bir təhsil ocağıdır.

İQTİSADİ SAHƏDƏ YƏHUDİLƏR VƏ DÖNMƏLƏR

Türkiyə yəhudilərinin və onların gizli qanadı olan dönmələrin/sabatayçıların ən çox üstünlük verdikləri sahə iqtisadi sahədir. Bu sahədə həm yəhudiliklərini açığa çıxaranlar, həm də bu kimliklərini gizləyərək dönmələr kütləsi içində yer alanlar qızğın fəaliyyət göstərmişlər. Respublikanın ilk dövrlərində onlara bu sahədə bəzi asanlıqlar yaradıldığını daha əvvəl qeyd etmişdik.
Respublika dövründə iqtisadi sahədə önəmli nöqtələrə gələn yəhudilərin və dönmə mənşəlilərin bəziləri bunlardır:

Üzeyir Qarih və İshaq Alaton: Bunlar "Alarko Holdinq”in ortaqlarıdır. Hər ikisi də yəhudiliyini açığa çıxaran zümrədəndir. 1954-cü ildə az bir sərmaye ilə qurulan şirkətləri "Alarko Holdinq” dövlətdən aldğı tenderlərlə bu gün böyük bir div firma halına gəlmişdir. Qarih-Alaton ikiliyi eyni zamanda sonra haqqında danışacağımız "500-cü il Fondu”nun təsisçilərindəndir.
"Alarko Holdinq”in sədri Üzeyir Qarihin otuzdan artıq fond və dərnəyə üzv olduğu şəxsən özü ilə aparılan bir reportajda dilə gətirilmişdi. Bu fond və dərnəklərin hamısı Türkiyədəki rəhbərliyə təsir etmə, Türkiyə-İsrail əlaqələrini gücləndirmə, Türkiyədəki yəhudi azlığının mənfəətini qoruma, Türkiyədən İsrailə mənfəət təmin etmə kimi müxtəlif lobbi fəaliyyətləri aparır. Qarih "Panorama” adlı bir iqtisadi jurnalın onunla apardığı müsahibədə üzvü olduğu quruluşlar vasitəsilə bir mənfəət əldə edib-etmədiyi sualına belə cavab vermişdi: "Əlbəttə, üzvü olduğum quruluşlardan mənfəətim var. Dərnək yolu ilə səsimi son məqama qədər eşitdirə bilirəm”.

Jak Kamhi: "Profilo Holdinq”in idarə heyətinin sədridir. "Profilo Holdinq” Türkiyənin məişət əşyası (soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və s. kimi ev alətləri) istehsal edən ən önəmli sənaye qurumlarından biridir. Jak Kamhi haqqında danışacağımız "500-cü il Fondu”nun təsisçi rəhbəridir. Kamhinin eyni zamanda beynəlxalq sionist təşkilat "Bney-Brit”ə üzv olduğu müxtəlif qaynaqlarda dilə gətirilmişdir. Jak Kamhi "İqtisadi İnkişaf Fondu”nun da sədridir. Onun bu qurum vasitəsilə də önəmli lobbi fəaliyyətləri apardığı da bilinir.
Həftəlik "2000-ci ilə doğru” jurnalı Kamhinin mühafizəçilərinin MOSSAD agenti olduqlarını iddia etmişdi. Kamhi Türkiyədəki yəhudi lobbiçiliyinə rəhbərlik edənlərdən biridir. O, bu mövzuda bəzi beynəlxaq təşkilatlarla və dövlət rəhbərlikləri ilə olan əlaqəsini də çox yaxşı dəyərləndirir. Ona sabiq Fransa prezidenti Fransua Mitteran tərəfindən "Şərəf Medalı” və "Cəngavər”lik rütbəsi verilmişdir. Kamhi "Marik Sayre” jurnalına verdiyi açıqlamada "İsrailə qarşı bağlılığım vardır” ifadəsini işlətmişdir.
Həftəlik "2000-ci ilə doğru” jurnalının 28 iyun 1992-ci ildə çıxan sayında çıxan bir xəbərə görə Jak Kamhinin sahibi olduğu "Profilo Holdinq” Baş Qərargaha yeni bir elektron xəbərləşmə sistemi satmağı təklif etmişdir. Lakin daha sonra bu sistemə MOSSAD tərəfindən də qulaq asılma imkanı olduğu ortaya çıxınca təklif rədd olundu. Jak Kamhinin oğlu Cefi Kamhi yəhudi kimliklərini gizlətməyənlərin adətlərini pozaraq Milli Məclisə daxil olan şəxsdir, çünki dönmələr Məclisə girərək və dövlət müəssisələrində vəzifə alaraq rəhbərlikdə söz sahibi olma yollarına baş vurduğu halda yəhudiliklərini gizlətməyənlər, ümumiyyətlə, iqtisadi sahədə qalaraq lobbi fəaliyyətləri aparmağa üstünlük verirlər. Cefi Kamhi bu ənənəni pozaraq bir dövr DYP (Doğru Yol Partiyası) siyahısından parlamentə daxil oldu. Jak Kamhinin qardaşının MOSSAD casusu olduğu "Herald Tribyun” qəzetinin 24 may 1993-cü ildə nəşr olunan sayında iddia edilmişdir. Jak Kamhi haqqında 1983-cü ildə kütləvi qaçaqmalçılıq etmə qanunsuzluğuna görə cinayət işi açılmışdı. Bunun səbəbi isə onun sahib olduğu "Tüpko” adlı şirkətin Türkiyəyə qaçaq yollarla televizor kineskopu[2] daxil etməsi idi.
Vitali Hakko; "Vakko” adlı tikili paltar şirkətinin sahibi Vitali Hakko "Şapka Qanunu” çıxdıqdan sonra çıxardığı Xas Şapka ilə böyük gəlirlər əldə etdi. "Vakko” bu gün Türkiyənin ən zəngin tikili paltar quruluşları arasında yer alır. "Vakko”nun məhsullarını da daha çox zəngin zümrə geyinə bilir, çünki bazara lüks və bahalı məhsullar çıxardığına görə fəqir və orta təbəqənin onun məhsullarını satın alması çox çətindir.
Bezmenlər ailəsi; Bu ailə dönmələr zümrəsinə mənsubdur və Türkiyənin olduqca zəngin ailələrindən biridir.
Əczaçıbaşı ailəsi; Bu ailə də dönmələrdəndir. Türkiyənin ən böyük dərman sənaye quruluşu olan "Əczaçıbaşı Dərman Holdinq” bu ailəyə aiddir. Bu ailənin ən tanınmış adı isə holdinqin təsisçilərindən olan Nejat Əczaçıbaşıdır. Nejat Əczaçıbaşı da haqqında danışacağımız "500-cü il Fondu”nun təsisçilərindəndir və eyni zamanda beynəlxalq sionist təşkilatlarından olan Bilderberqin üzvüdür.

YƏHUDİ MƏNŞƏLİLƏRİN RESPUBLİKA DÖVRÜNDƏ

ÇƏKDİKLƏRİ BƏZİ SIXINTILAR

Türkiyə Yəhudilərinin və dönmələrin/sabatayçıların respublika dövründə həmişə rahat olduqları da deyilə bilməz. Respublikanın ilk illərində bəzi dönmələrlə/sabatayçılarla rəhbərlik arasında bəzi problemlər də yaşanmışdır. Məsələn, Sultan II Əbdülhəmidin taxtdan salınmasından sonra iqtidara gələn hökumətin maliyyə naziri Cavid Bəy Mustafa Kamal dövründə edam edilmişdir. Bu toqquşmanın səbəbi yəhudilərin və dönmələrin/sabatayçıların nəzarəti bütünlüklə əllərinə alma cəhdi içinə girmələri ola bilər. Hətta Respublika dövründə sabatayçı mənşəlilərə yönələn basqı və təzyiqlər haqqında özü də sabatayçı mənşəli bir yazar bu iddiaları ortaya qoyur: "Sabatayçılara olan basqılar və təzyiqlər ümumi olaraq respublika ilə bərabər gəlmişdir. Çox təəccüblüdür ki, Osmanlı Dövlətinin dini qanunlarının ən qatı tətbiq olunduğu dövrlərində belə camaat (yəni sabatayçılar) üzvlərinə qarşı rəsmi bir yanaşma tərzi sərgilənməmişdir.... Yenə çox maraqlıdır ki, sabatayçılara qarşı ən çox təzyiqlər onların özlərinin də quruluşunda önəmli rol ifa etdikləri Türkiyə Respublikasında olmuşdur. Necə ki, bunun ən konkret nümunəsi 1946-cı ildə yaşanan "Varlıq Vergisi” hadisəsində görünməkdədir. ("Varlıq Vergisi”nin başlanma tarixi 1942-ci ildə olmuşdur. Kitabda bu tarix səhv yazılmışdır). Özlərini tamamilə türk hesab edən sabatayçı ailələr "D” sinfi altında sayılmışlar. Bezmenlər, Atabeklər, Dilbərlər kimi tanınan ailələr qorxunc pul miqdarı ödəmək vəziyyətinə məcbur edilmişlər”[3].

"VARLIQ VERGİSİ” VƏ TÜRKİYƏDƏN

FƏLƏSTİNƏ YƏHUDİ KÖÇÜ

Yuxarıda da bildirdiyimiz kimi, 1942-ci ildə başlayan və yəhudi mənşəlilərə qarşı tətbiq olunan bir "Varlıq Vergisi” hadisəsi diqqətimizi çəkir. Bu tətbiqata görə yəhudilərdən və dönmələrdən/sabatayçılardan müsəlmanlardan alınan verginin iki qatı alınırdı. Görünüşdə bu vergi yəhudilərə qarşı bir basqı və təzyiq mahiyyətində idi. Lakin həqiqətdə yəhudilərin Fələstin torpaqlarına mühacirət etməsini təmin etmək üçün qoyulmuş bir vergi ola bilər. O dövrün prezidenti İsmət İnönünün Lozan görüşlərində yəhudilərin baş ravvini ilə bir dostluq münasibətinin olduğunu daha əvvəl danışmışdıq. Onun bu dəfə yəhudiləri və sabatayçıları iqtisadi cəhətdən sıxıntıya salacaq ağır bir vergi tətbiqatına baş vurmasında onları köçə məcbur etmə məqsədinin olması heç də ehtimal olunmayan bir şey deyil. Bilindiyi kimi, həmin dövrdə Avropa ölkələrinin çoxunda yəhudilər sistemli bir təzyiq və basqıya məruz qaldılar və bu basqılar Fələstin torpaqlarına köçü sürətləndirdi. Bu köç sayəsində Fələstin torpaqlarında bir "yəhudi dövləti” qurmaq üçün lazım olan insan potensialı yaradıldı. Əgər bu basqılar və məcburiyyətlər olmasaydı, yəhudilər yaşadıqları ölkələrdə qalmağa üstünlük verəcək, buna görə də Fələstinə köç az olacaq və məqsəd olan "İsrail Dövləti”nin qurulması üçün yetərli insan potensialı yaranmayacaqdı. Buna əsasən yaxın tarixi araşdırdıqda bir dövr yəhudilər üzərində tətbiq olunan sistemli basqı və təzyiqlərin yalnız sionizmin məqsədlərinə xidmət etdiyini görürük. Bu prizmadan baxsaq, 1942-ci ildə başlanan "Varlıq Vergisi”nin tətbiq olunmasının da sionistlərin Fələstinə yəhudi köçünü sürətləndirmə məqsədilə olması ehtimalını qəbul etməyimiz lazımdır. Haqqında danışdığımız vergi tətbiqatının səbəb olduğu köç hadisəsi də bu qənaəti təsdiq edir, çünki həmin hadisə ilə əlaqədar çox sayda yəhudi Fələstin torpaqlarına köç etmişdir. Ələlxüsus, İsrail işğal dövlətinin quruluşunun elan edilməsindən sonra az sayılmayacaq qədər Türkiyə yəhudisi işğal altında saxlanılan Fələstin torpaqlarına köç etmişdir. II Dünya Müharibəsinə qədər Türkiyədə cəmi 150 minə yaxın yəhudi yaşadığına təxmin edilirdi, lakin bugünkü Türkiyədə bu say 25 minə düşmüşdür.
Bu azalmanın səbəbi işğal altındakı Fələstin torpaqlarına köçdür. Köçün ən sürətli şəkildə həqiqət tapdığı dövr isə "Varlıq Vergisi”nin tətbiq olunduğu illərdir.


"500-CÜ İL FONDU” VƏ MÜASİR
TÜRKİYƏDƏ YƏHUDİ LOBBİÇİLİYİ

Türkiyə yəhudiləri yəhudilərin İspaniyadan sürgün edilib osmanlı torpaqlarına qəbul edilmələrinin 500-cü ildönümünü öz tərəflərindən bir fürsət qəbul edib bu fürsəti yaxşı dəyərləndirmək məqsədilə 1989-cu ildə "500-cü il Fondu”nu qurdular. Fondun təsisçiləri arasında yəhudi olmayıb yəhudilərlə yaxın əlaqədə olanlar da vardı. Məşhur biznesmenlərdən Sakıp Sabançı, "Ana Vətən Partiyası” İstanbul millət vəkili Bülənt Akarcalı, sabiq xarici işlər naziri Vahid Xələfoğlunun həyat yoldaşı Zəhra Xələfoğlu, jurnalistlər Nəzih Dəmirkənd, Yavuz Donat, Altəmur Kılıç, teatr sənətçisi Yıldız Kəntər, təqaüdçü admiral A.Sezai Orkunt "500-cü il Fondu”nun yəhudi olmayan təsisçilərindən bəziləridir. Fondun yəhudi təsisçilərindən bəziləri bunlardır: Jak Kamhi ("Profilo Holdinq”in sədri), İshaq Alaton ("Alarko Holdinq”in şəriklərindən), Üzeyir Qarih ("Alarko Holdinq”in şəriklərindən), Vitali Hakko ("Vakko”nun sahibi), Eli Acıman ("Manajans”ın sahibi), Sami Kohən (jurnalist, "Milliyyət” qəzetinin yazarı). Fondun sədrliyinə yəhudi biznesmenlərindən "Profilo Holdinq”in sahibi Jak Kamhi gətirildi.
"500-cü il Fondu”nun yetkililəri məqsədlərinin 500 illik tarixi və türklərini tanıtdırmaq və beləcə Türkiyəyə olan minnət borclarının ödəmək olduğunu irəli sürürdülər. Lakin fondu yaratdıqdan sonra başlanan, ələlxüsus, İspaniya yəhudilərinin sürgün olunmasının 500-cü ili olan 1992-ci ildə aparılan fəaliyyətlər əsl məqsədin daha fərqli olduğunu ortaya çıxardı.
Fondun quruluş məqsədi haqqında Jak Kamhinin bu sözləri əhəmiyyətli fikirlər verir: "500-cü il Fondu” layihəsini ortaya qoyan baş ravvinlik məqamıdır. Bu layihə daha əvvəldən baş ravvinlik məqamı tərəfindən düşünülmüşdür. Bunun bir fond tərəfindən həyata keçirilməsi baş ravvinlik tərəfindən mənimsənmiş və bu şəkildə bir yol çəkilmişdir. Bu işin də əsas bosu baş ravvin və baş ravvinlikdir. Bu etibarla bizim baş ravvinlik məqamı ilə hər hansı bir fikir ayrılığımız yoxdur. Fəaliyyətlərin isə böyük bir əksəriyyəti zamanında baş ravvinlik tərəfindən düşünülmüş fəaliyyətlərdir”[4].
Bizim fikrimizə görə "500-cü il Fondu”nun ən önəmli məqsədlərindən biri sionist İsrail rəhbərliyinin yürütdüyü irqçi siyasət və həyata keçirmiş olduğu qeyri-insani tətbiqatlara görə istər Türkiyə, istərsə dünya ictimai rəyində yaranmış sionizm və yəhudi əleyhdarı imicini tamamilə silmək və ya ən azından azaltmaqdır. Əlbəttə ki, bunun həyata keçməsi ikinci önəmli məqsədin, yəni Türkiyə-İsrail əlaqələrinin inkişaf etdirilməsi məqsədinin gerçəkləşdirilməsinə zəmin hazırlayacaqdı. Fond da bu məqsədinə çatmaq üçün osmanlı tolerantlığı haqqında danışmaqdan insanlara yanaşma və onların diqqətini çəkmək üçün bir vasitə olaraq istifadə etdi. Fondun bütün proqramlarında natiqlərin osmanlı tolerantlığını dilə gətirən saxta cümlələrin davamlı şəkildə yəhudini xoş və sevimli göstərməyi məqsəd kimi qarşıya qoyan danışıqlar izləyirdi. Bu arada 1492-ci il sürgünündən və yəhudilərin Orta Əsrlər Avropasında çəkdikləri zülmlər haqqında danışılması da qəlblərdə yəhudiyə qarşı bir mərhəmət duyğusunun yaradılması məqsədi daşıyırdı. İllərlə İsrail rəhbərliyinin güclənməsi üçün böyük maddi yardımlar etmiş yəhudi trilyonçu milyarderləri bu dəfə İsrail və sionizm əleyhdarı imicini silmək üçün hər cür maddi fədakarlıq göstərməkdən çəkinmədilər. Ümumiyyətlə, "500-cü il Fondu”nun öncədən təyin etdiyi proqramların tətbiq edilməsi mövzusunda hər hansı bir axsama olmadı.
"500-cü il Fondu” təyin etdiyi məqsəd istiqamətində apardığı hamıya açıq mədəni fəaliyyətlərlə yanaşı müxtəlif lobbi fəaliyyətləri də apardı. Bu lobbi fəaliyyətlərinin ən böyük müvəffəqiyyətlərindən biri "Birləşmiş Millətlər Təşkilatı İdarə Heyəti”nin 10 noyabr 1975-ci ildə qəbul etdiyi sionizmi bir irqçilik olaraq dəyərləndirən və buna görə də qınayan qərarın geri alınmasını təmin etmək oldu. Bu qərarın geri alınmasında ABŞ prezidenti seçki hesablarına görə müxtəlif ölkələrə basqı etməsinin böyük rolu olduğu inkar edilə bilməsə də, "500-cü il Fondu”nun belə bir basqının edilə bilməsi üçün şərtləri meydana gətirdiyi də bir həqiqətdir. Əslində işin 1975-ci ilin İsraili ilə 1992-ci ilin İsraili arasında və bu müddət içində sionizmin məqsədlərində hər hansı bir dəyişiklik olmamışdı. İsraildə hələ "vətəndaşlıq”, "yəhudi olmaq” olaraq tanıtdırılır və dünyanın hansı ölkəsindən gəlirsə-gəlsin "yəhudi” olan bir şəxs İsraildə vətəndaşlıq haqqına sahib ola bilirdi. Bununla yanaşı, İsrail yəhudi olmayanlara hələ də xor baxır, işğalı altındakı torpaqlarda yaşayanlardan yəhudi olmayanlar üzərindəki basqı və zülmü eynən davam etdirirdi.
Xülaseyi-kəlam, İsrail "Qorxu Dövləti” xüsusiyyətini eynən qoruyub saxlayırdı. Bu "Qorxu Dövləti” xüsusiyyəti də birinci dərəcədə irqçilik anlayışına dayanırdı. Bütün bunlara baxmayaraq, BMT-nin ABŞ prezidenti Buşun da təzyiqi ilə 1975-ci il 10 noyabr tarixli və 3379 saylı "sionizmin bir növ irqçilik və irq ayrı-seçkiliyi olduğu” yolundakı qərarını geri almasında "500-cü il Fondu” yolu ilə aparılan fəaliyyətlərin və dünyadakı müxtəlif güc mərkəzlərinə yaxınlıqları ilə tanınan yəhudi lobbilərinin önəmli rol oynadığı bir həqiqətdir.
İstər Türkiyədə və istərsə də, Türkiyə xaricində mətbu orqanlar üzərində kiçik sayılmayacaq bir fəaliyyətə sahib olan yəhudi lobbiləri üçün "500-cü il Fondu”nun fəaliyyətlərindən yaxşı bir təbliğat vasitəsi olaraq istifadə edildi. Məsələn, Türkiyədə çox sayda mətbuat orqanı, bu fondun qurulması və apardığı fəaliyyətlərə görə yəhudiləri tərifləyən ardıcıl yazılar və məqalələr nəşr etdilər. Bu yazı və məqalələrdə osmanlı tolerantlığının vurğulanmasından çox yəhudinin sevimli göstərilməsinə cəhd edildiyi dərhal diqqət çəkirdi.

"500-CÜ İL FONDU” VƏ TÜRKİYƏ RƏHBƏRLİYİ


Türkiyə rəhbərliyi "500-cü il Fondu”na istər quruluşunda, istərsə də, proqramlarını tətbiq sahəsində qoymaqda hər cür şərait yaratdığı kimi maddi baxımdan da dəstək verdi. Türkiyə hökumətinin belə bir maddi dəstək verdiyi şəxsən fondun rəhbəri Jak Kamhi tərəfindən bu şəkildə dilə gətirilmişdir: "Dövlət dəstəyi yalnız beynəlxalq təqdimat və başqa fəaliyyətlərdə olur. Əlbəttə, bu arada bütün dünya yəhudi liderlərini bir yerə toplayıb bir konsert adı altında "Beynəlxalq Yəhudi İttifaqı” təşəbbüsləri də bu fəaliyyətlərin arasında yer ala bilər”.
Türkiyə hökumətinin "500-cü il Fondu”na bu dəstəyi verməsində Türkiyədəki yəhudi azlığın və dönmə/sabatayçı mənşəlilərin lobbi fəaliyyətləri ilə bərabər bu fondun Türkiyə adına dünya miqyasında lobbi fəaliyyətləri aparacağı ümidinin də rolu olmuşdur. "500-cü il Fondu”nun şərtnaməsində fondun məqsədlərindən: "Türklərin dövlət və cəmiyyət olaraq üstün insanlıq xüsusiyyətlərini hər cür imkandan yararlanaraq bütün dünyaya tanıtdırmaq, din və etiqad azadlığını qorumaq üçün təəssübkeşlik şəraitindən qaçaraq türk torpağını vətən seçən yəhudilərə qucaq açan türk millətinin insani yaxınlaşmasını ən geniş şəkildə ölkə daxilində və ölkədən kənarda eşitdirmək və musəvi (yəhudi) vətəndaşlarımızın şükran ifadələrinin açıqlanmasına yardımçı olmaq ...”, – şəklində danışılması hökuməti olduqca razı salmışdır. Osmanlı tolerantlığının osmanlının yüksəkdə tutduğu mənəvi dəyərlərə arxa çevirən mövcud Türkiyə rəhbərliyinin adına çıxılması da bu rəhbərliyin xoşuna gəlirdi. Buna görədir ki, haqqında danışılan fondun ən fəal olduğu iki il içərisində üç hökumət dəyişilməsinə baxmayaraq, Türkiyə rəhbərliyi "500-cü il Fondu”nu dəstəklədi və bir-birinin ardınca gələn bu üç hökumətin həmin fondla əlaqədar siyasətlərində hər hansı bir dəyişiklik olmadı. Bu davranış tərzi sonrakı dövrlərdə də eyni ilə davam etmiş və hökumət dəyişiklikləri həmin fondun vəziyyətini dəyişdirməmişdir.
"500-cü il Fondu”nun Türkiyənin sionizmi irqçilik olaraq qəbul edən BMT-nin qərarının geri götürülməsi (ləğv edilməsi) mövzusu ilə əlaqədar davranışına təsir etdiyi də deyilə bilər. Bu təsirin bir nəticəsi olaraq Türkiyə həmin qərarın ləğv edilməsi məsələsində qərarsız qalmağa üstünlük verdi. Baş nazir Süleyman Dəmirəl mövzu ilə əlaqədar açıqlamasında İsrailin sülh masasında saxlana bilməsi üçün əvvəlki qərarın ləğv edilməsinin lazım olduğunu demiş, o zamankı xarici işlər naziri Hikmət Çətin də: "Bizim fərqli bir vəziyyətimiz var, ən rasionalı qərarsız qalmaqdır”, – demişdir.
O zaman bir-biri ilə əl ilə belə görüşməyən prezident Turqut Özal ilə baş nazir Süleyman Dəmirəlin İsrail prezidenti Haim Hertzoqun Türkiyəni ziyarəti əsnasında həyata keçirilən "500-cü il Fondunun Premyerası”nda bir araya gələ bilməsi bu fondun gücünün və Türkiyədəki rəhbərliyin bu fonda verdiyi önəmli bir göstəricisi idi.

SON
MÜƏLLİF: AHMET VAROL
MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ



--------------------------------------------------------------------------------

[1] Çatmaqdadır, yəni söz və yazı ilə hücum etməkdədir.

[2] Televiziyada işlənən alıcı elektron şüa borucuğu, rus dilində "trubka”

[3] İlqar Zorlu; "Bəli, mən Salonikiliyəm”; s. 132

[4] "Şalom” qəzeti; 22 may 1991-ci il



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun