16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
ÜZGÜÇÜLÜK, BAŞI BÜTÜNLÜKLƏ SUYA BATIRMAQ ... VƏ ORUC

Yay fəslində insanlar üzgüçülüyə meyil edir və bir çox su idmanları ilə məşğul olurlar. Üzgüçülük, dalğıclıq və s. bu idman növlərindəndir. Bəzi insanlar isə mübarək ramazan ayında üzgüçülükdən dərs deyirlər. ...Üzgüçülük mövsümü bu müqəddəs aya təvafüq etdiyi üçün üzgüçülüklə oruc tutmağın hökmü haqqında soruşurlar; bu, orucun batil olması ilə nəticələnir?Bəzi alimlər hesab edirlər ki, üzən şəxsin zənninə suyun ağız, yaxud burun yolu ilə mədəyə daxil olmaması fikri hakim olarsa və üzgüçülüyü yaxşı bacararsa, belə ki, orucunu qoruyacağına əmin olarsa, oruc halında üzgüçülüklə məşğul olmağın heç bir qorxusu yoxdur. Onun hökmü oruc tutmuş adamın yuyunması hökmünə daxildir. Alimlər sərinlənmək üçün olsa da, bunun icazəli olması barəsində danışmışlar. Əgər onun zənninə üzgüçülük səbəbilə suyun daxilə getməsi fikri hakim olarsa, bu işi görməsi icazəli deyil. Ramazan ayında gündüz vaxtı üzgüçülüklə məşğul olması haramdır. ... Seyid Xoyi belə hesab edir ki, səhvən və ya bilərəkdən başı suya salmaq, yaxud qeyri-ixtiyari olaraq suya düşməklə oruc batil olmur. Əgər başının dəliklərinə qədər bütün bədəni ilə suya girsə və başının dəlikdən yuxarıda olan hissəsi bütünlüklə, yaxud bəzi hissələri sudan xaricdə olsa, daha qüvvətli görüş budur ki, onun orucu batil deyildir. Baxmayaraq müstəhəb ehtiyat odur ki, ələlxüsus dəliklərin suya batırılması ilə oruc batil olur, hətta başını, yaxud bütün bədənini yuxarıdan aşağıya doğru tökülən çaya daxil etsə belə. Başı suyun altına salmaq həqiqət tapdığı üçün bu halda zahir budur ki, oruc batil olur. Böyük olduğu və çay kimi su çox olduğu təqdirdə navalçanın da hökmü belədir[11].Seyid Mühəmmədhüseyn Fəzlullah mövzu ilə bağlı bir çox suallara belə cavab verir: "Oruclu şəxs vacib ehtiyata əsasən başını suya salmamalıdır, baxmayaraq ki, bu, orucu batil etmir. Başı suya salmaq deyildikdə başı bütünlükdə suyun altına batırmaq nəzərdə tutulur. ...”Oruclu halda qadının suda oturması haqqında verilən suala belə cavab verir: "Bu iş haram deyil. Bunun qadın üçün məkruh olduğu barədə rəvayətlər vardır”. Ramazan ayında praktik üzgüçülük dərslərinin verilməsi barəsində deyir: "Başı suya salmamaq şərtilə bu, icazəlidir, çünki orucu batil edən işlərdən hesab olunmamasına baxmayaraq, başı bütünlükdə suyun altına batırmaq vacib ehtiyata əsasən oruclu şəxsə haramdır”.İşi dalğıclıq olan şəxslərin bu ayda gündüz vaxtlarında dənizə dalmalarının hökmü barədə Seyid deyir: "Başa dalğıclıq üçün hazırlanmış xüsusi cihazlar keçirilmədən vacib ehtiyata əsasən bu işi görmək haramdır. Bu işdən çəkinmək lazımdır, lakin işin zəruri olması istisnadır. Belə ki, bu işdə işləyən və ondan imtina etməsi mümkün olmayan işçinin vəziyyəti belədir. Əgər üzrlü bir səbəbə görə, yaxud qəsdən bu işi görsə, onun orucu batil olmaz. Başı örtən xüsusi alətlə suya baş vurmağa gəldikdə isə bu, icazəlidir və oruca heç bir zərər vurmaz. ...”[1] Ramazan ayında gündüz vaxtı üzgüçülüyün hökmü barədə verilən suala Seyid belə cavab verir: "Başı bütünlüklə suya batırmamaq şərtilə üzgüçülük icazəlidir. Başı suya salmaq orucu batil edən işlərdən hesab olunmamasına baxmayaraq, vacib ehtiyata əsasən bu işdən çəkinmək lazımdır. ...”[2]


[1] "əl-Məsailul-Fiqhiyyə”, s. 414
[2] "İstiftaat”


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun