16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ZİNA (2-ci hissə)

ZİNANIN YOL AÇDIĞI MADDİ TƏXRİBATLAR
Zinaya mübtəla olan insanların əksəriyyətinin müalicəsi mümkün olmayan təhlükəli xəstəliklərə tutulduqları bir həqiqətdir. Məsələn, "bel soyuqluğu” (cinsi soyuqluq) deyə bilinən xəstəliyin müalicəsi hər nə qədər mümkün olsa da, insanda meydana gətirdiyi fəsadlar kiçildilməyəcək ölçüdə təhlükəlidir.
Bu gün fərdi aşaraq bütün insanlığı təhdid edən QİÇS (Qazanılmış İmmunitet Çatışmazlığı Sindromu) xəstəliyi qarşısı alınmayan ifrat azadlığın nəticəsində ortaya çıxan zinanın acı bir nəticəsidir. İlk dəfə 1961-ci ildə Amerikada ortaya çıxan bu xəstəlik bu gün də çətinliklə müalicə olunur. İfrat cinsi azadlığın hakim olduğu Avropa və Amerikada bu xəstəlik məktəb uşaqları arasında belə sürətlə yayılmaqdadır. QİÇS həm yoluxucu, həm də öldürücü xəstəlik olduğu üçün bu gün xərçəng xəstəliyi qədər belə yayğın olmadığı halda ondan daha böyük bir qorxu və dəhşət yaratmaqdadır, çünki elm adamlarının gəldiyi qənaətə görə QİÇS bu günün məhvedici silahları ilə gercəkləşəcək bir 3-cü Dünya Müharibəsinin təxribatından da artıq yıxıcı və məhvedicidir.
QİÇS virus yolu ilə keçən, tamamilə öldürücü bir xəstəlikdir. Bu virus HIV olaraq adlandırılır. HIV, yəni insan immunitetinin çatışmazlığı virusunun yoluxması nəticəsində bədənin müdafiə gücü zəifləyir və aradan gedir, bəzi mikroorqanizmlərə və xəstəliklərə qarşı həssas hala gəlir. Bu halda adi şərtlərdə müalicə edilə bilən xəstəliklər QİÇS mikrobunu daşıyan şəxslərdə müdafiə gücü azaldığı üçün ölümə səbəb olur. Türkiyə Ailə Planlanması Dərnəyi Yayınlarının nəşr etdiyi "HIV/AIDS və cinsi yolla yoluxan xəstəliklər” adlı bir məqaləsində belə yazılır: "Dünya Səhiyyə Təşkilatı dünyada təxminən 17 milyon şəxsin HIV virusu daşıdığını və dünyada hər dəqiqə 6, hər gün təxminən 8000 şəxsə HIV mikrobunun yoluxduğunu bildirməkdədir”[1].
Nəzərinizə çatdıraq ki, azərbaycanlıların QİÇS xəstəliyinə yoluxmaq ehtimalı digər millətlərə nisbətən daha çoxdur. Peterburq şəhərinin "Mamaçılıq və Ginekologiya İnstitutu” ABŞ-ın Vaşinqton ştatının "Milli Xərçəng Mərkəzi” ilə birlikdə 700 nəfər rus, azərbaycanlı, gürcü, özbək və tuvalı arasında keçirdiyi qan müayinəsi nəticəsində hansı xalqın QİÇS epidemiyası təhlükəsi ilə üzləşə biləcəyini aşkarlamışdır. Deməli, tibbi təhqiqatlara görə, hansı xalqın qarışığı çoxdursa, onun bu dəhşətli xəstəliyə yoluxmaq riski bir o qədər azdır. Ən təmiz qan gürcülərdə müəyyənləşmişdir. Heç bir qarışığı olmayan gürcülərin QİÇS epidemiyasına yoluxmaq təhlükəsi ən çoxdur. O cümlədən, azərbaycanlıların da qeyri-mutant olması məlum olmuşdur. Bu o deməkdir ki, Azərbaycanın QİÇS epidemiyasına yoluxması ehtimalı böyükdür[2].
Zinanın səbəb olduğu zərərlər dini baxımdan sabit olduğu kimi, elmi və tibbi baxımdan da sabitdir. Zinanın səbəb olduğu zərərlərin, sadəcə ona mürtəkib olan şəxslə məhdud olmayıb epidemiyanın yaranmasına, bəzi xəstəliklərə səbəb olacağını və cəmiyyəti də əhatə edəcəyini bir möcüzə olaraq əziz Peyğəmbərimiz bu hədisi-şərifində xəbər vermişdir: "Fahişəlik yayılan cəmiyyətdə bu çirkin işi görənlər, öz işlərini anladacaq hala gələrlərsə, o cəmiyyətdə taun (vəba) və daha əvvəlki dövrlərdə görünməyən xəstəliklər ortaya çıxar”[3] .
Yalnız bel soyuqluğu və QİÇS deyil, zinanın xərçəngə yol açdığı barədə də xəbərlər mövcuddur. Modern cəmiyyətlərdə cinsi münasibətlərin erkən başlaması və bu münasibətlərin çox olması əslində rəhimdə xərçəng xəstəliyinin yaranmasının ən önəmli səbəbidir.
Gənc yaşdakı qızların zina ilə bakirəliklərini itirməkdən hasil olan psixoloji rahatsızlıqlar keçirdikləri də bir həqiqətdir.
Qeyri-qanuni cinsi əlaqə nəticəsində hamilə qalan gənc qız və qadınlar aborta üz tuturlar. Bu isə onlarda rahatsızlıqlara səbəb olur. Bu rahatsızlıqlar cismən olduğu kimi, psixoloji də ola bilər. Psixoloji narahatlıqdan ən mühümü "travma-psixoloji sarsıntı” deyə bilinən xəstəlikdir. Bunun səbəbi isə "qadının özündən olan bir parçanın öldürülməsi olaraq” müəyyənləşdirilməkdədir.
Amerikada qeyri-qanuni cinsi münasibətlər nəticəsində hər il 12 milyon insan yoluxucu cinsi xəstəliklərə tutulur. Bunların üç milyonunu isə 13-19 yaşları arasındakı uşaqlar təşkil edirlər.
Həyatın baharında belə amansız bir xəstəliyə tutulan bu gənc nəsillər, çox təəssüflər olsun ki, zamansız, sistemsiz, nəzarətsiz və qeyri-elmi olaraq özlərinə təqdim edilən cinsi məlumatlandırmaların qurbanlarıdırlar. 1965-ci illərdə sayca dörd-beş olan cinsi xəstəliklər bu gün fahişəlik nəticəsində 50 rəqəminə çatmışdır.
 
ZİNANIN AİLƏDƏ YOL AÇDIĞI TƏXRİBATLAR
Sağlam bir cəmiyyətin meydana gəlməsi üçün sağlam bir ailə zəruridir. Bu da nəsəbi bilinən sağlam bir nəsil vücuda gətirmək üçün kişi və qadının nikah əqdi ilə bir araya gəlib nəticədə üzərlərinə düşən məsuliyyəti öz aralarında paylaşdırmaları ilə mümkündür. Sağlam bir ailə üçün nikah bir sığortadır. Bu sığortanı yox edən ən mühüm amil isə zinadır. Zinanın "qanuni” sayılmasının ən kiçik (!) zərərlərindən biri mədəni həyatın təməl xüsusiyyətlərindən olan "nikah”ı batil etməsidir.
Digər tərəfdən sadəcə şəhvani arzularını təmin etmək üçün nikahsız bir yerdə yaşayan kişi ilə qadın ailə tələqqisini ortadan qaldırırlar. Bunun təhlükəsi isə cəmiyyət planında görünür, çünki övlad sahibi olmaqdan çəkinən bu tərəflər gələcəkdə cəmiyyəti yaşada biləcək olan gənc və dinamik nəsillərin azalmasına səbəb olmaqdadırlar. Bu gün əhalisi azalan Qərb bu təhlükə ilə qarşı-qarşıyadır. Ona görədir ki, Qərb ölkələri bütün müəssisələri ilə səfərbərlik elan edərək kişi ilə qadının nikahlı olaraq yaşamaları və övlad sahibi olmaları istiqamətində çalışmalar aparır. Ayrıca qeyri-qanuni ləzzətlərin arxasına düşərək övlad sahibi olmaqdan imtina edən tərəflər ixtiyar çağlarında zəif və yardıma möhtac olduqları bir anda, özlərinə baxacaq xeyirli bir övladdan məhrum qalırlar. Həyatlarının son anlarında yalqız və sıxıntı içində yaşayan bu kimi tərəflər cəmiyyətin belinə ağır, maddi-mənəvi çətinliklər də yükləyirlər.
Digər tərəfdən, mənəviyyatsız evli kişi, yaxud qadının başqaları ilə zina etməsi boşanmanın ana səbəbini təşkil etməkdədir, çünki zina ər-arvad arasında qarşılıqlı etibarsızlıq və şübhə meydana gətirir, nəticədə isə boşanmalara səbəb olur. Bu gün Qərb dünyasının gündəliyini təşkil edən ən mühüm məsələlər ailə təməlində meydana gələn sarsıntılarla əlaqəlidir.
 
SAHİBSİZ VƏ PROBLEMLİ UŞAQLAR
Qeyri-qanuni cinsi əlaqələr nəticəsində meydana gələn və sayları getdikcə artan sahibsiz uşaqlar özləri ilə bəzi sosial və hüquqi problemlər də gətirirlər. Bu uşaqlar ata-ana şəfqətindən məhrum qaldıqları və qeyri-təbii bir mühitdə böyüdükləri üçün bəzi psixoloji rahatsızlıqlarla da qarşılaşırlar. Alınlarında vələdüzzina (zinadan doğulmuş övlad) damğası daşıyan bu uşaqlar həmişə utanaraq yaşamağa məhkumdurlar. Belə ki, vələdüzzina olmaları ruhlarında müxtəlif mənfi təsirlər də buraxır.
Avropanın mədəni hesab edilən və cinsi müstəqilliyin zirvə nöqtəyə çatdığı Danimarka, İsveç, Hollandiya kimi ölkələrində doğulan uşaqların 40 faizi sahibsiz olaraq dünyaya gəlir. 1957-ci ildə Amerikada 201 700 nəfər qanunsuz uşaq doğulmuş və bu rəqəm 20 il ərzində 5 faiz artmışdır. Həmin ildə kəbinsiz hamilə olanların sayı 440 000 nəfərə çatmışdır ki, onların əksəriyyətinin yaşı 18-dən azdır. Amerikada abort edənlərin 85 faizini evli olmayan gənclər təşkil edir. Paris şəhərində 43 515 uşaq arasında 4 145-i qanunsuzdur. İsveçdə hər il 17 000 qanunsuz uşaq doğulur.
Bütün bunlara səbəb zinanın fərdlər arasında geniş şəkildə yayılmasıdır.
 
ZİNANIN İCTİMAİ HƏYATDAKI ZƏRƏRLƏRİ
Zinanın fərd və ailəni aşaraq cəmiyyətə də mənfi təsir etdiyi bir həqiqətdir. Bu baxımdan zinanı "fərdin azadlığı” olaraq görmək olduqca çətindir, çünki bel soyuqluğu, QİÇS kimi adı bilinən və bilinməyəni ilə sayları əlliyə çatan cinsi xəstəliklərin təməlində dayanan əsl səbəb zinadır.
Zina cəmiyyət içində hüzursuzluğun və anarxiyanın yaranmasına səbəb olur. Qəzetlərdə qadına sahib olmaq üçün işlənən cinayət xəbərlərinin yazılması bunu isbat edən ən gözəl dəlildir. Belə hadisələr insanlar arasında kin və həsəd kimi çirkin duyğuların yayılmasına yol açır, cəmiyyətin birliyini zədələyir.
Zinanın cəmiyyətdə açdığı digər bir yara da zina ticarəti ilə məşğul olan mafiyaların ortaya çıxmasıdır. Bu mafiya təşkilatları kiçik yaşlı qız uşaqlarını bu mənfur işə bulaşdıraraq həm qadın ticarəti ilə məşğul olurlar, həm də cəmiyyətdə pozğunluğun yaranmasına şərait yaradırlar.
Təcavüzə uğrayan qadınların vəziyyəti isə bir başqa ictimai problemdir. Amerikada təcavüz hadisələrinin 1990-cı ildə 6 faizlik bir artım göstərərək 100 450-yə çatdığı rəsmi raportlarda göstərilməkdədir. Bəs rəsmi olaraq qeyd edilməyən təcavüz hədisələri?... Təcavüzə məruz qalmış namuslu bir qadına olunan bu zülm onun bütün həyatını məhv etmək deməkdir. Onun qadınlıq iffətini kim geriyə qaytara biləcək?
(ardı var)
XƏYYAM QURBANZADƏ
REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA


[1] Bu məlumat 1997-ci ildə Türkiyə Dəyanət Vəqfi tərəfindən buraxılmış "Diyanət” adlı aylıq jurnalda yer alan və Şükrü Özbuğday tərəfindən yazılan "Çağımızın qorxunc xəstəliyi QİÇS və Quranın gətirdiyi qoruyucu prinsiplər” adlı məqaləsindən götürülmüşdür.
[2] Məlumat 24 fevral 2000-ci ildə buraxılmış "168 saat” qəzetindən götürülmüşdür.
[3] "İbn Macə”; Fitən; 22


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun