ÇAD – MÜSTƏMLƏKƏÇİ FRANSANIN
YOX ETMƏYƏ ÇALIŞDIĞI MÜSƏLMAN ÖLKƏ

Afrika xalqlarını təkamül prosesini tamamlamamış xüsusi bir irq olaraq qəbul edən və özlərində bu ölkələri istismar etmə haqqı görən Qərb dövlətləri, xüsusilə də müsəlman xalqlara qarşı çox böyük bir zülm gerçəkləşdirmişlər. Bu zülm 15-ci yüzillikdən 19-cu yüzilliyə qədər açıq bir şəkildə icra olunmuş, XX əsrdə də gizli şəkildə davam etmişdir. İngiltərə və Fransa kimi istiAsmarçı dövlətlər Afrikadakı kaloniyalarını tabeliklərində saxlaya bilmədikləri üçün bu bölgədən çəkilmək məcburiyyətində qalmış, lakin dövlət idarəçiliyinə öz maraqlarına xidmət edən müqəvva idarəçi strukturlar təyin etmişlər. Beləliklə, müstəmləkəçi sistem bu siyasət sayəsində üstüörtülü şəkildə olsa da, yaşamını davam etmişdir. Hazırda Afrika ölkələrinin bəzilərində hakimiyyət başında keçmiş müstəmləkəçi dövlətlərlə yaxın münasibətdə olan iqtidar vardır. Bu dəfə zülm həmin hakimiyyət orqanlarının əli ilə yürüdülür. Bu hakimiyyətdə təmsil olunanlar çox zaman ölkə əhalisinin kiçik bir hissəsini təşkil edən xristian və ya digər dinlərə mənsub azlıqlar olmuşlar. Onlar qərb dövlətlərindən aldıqları dəstəklə müsəlman xalqlara qarşı çox böyük təzyiqlər etmişlər. Bu isə çoxluq təşkil edən müsəlmanlarla həmin qurumlar arasında daxili münaqişələrlə nəticələnmiş, ölkələr xaosa sürüklənmişdir. Bu gün çox ölkələrdə bu cür münaqişələr davam etməkdədir. Müstəmləkəçi dövlətlərin siyasi manevrlərindən biri də dindarlıq libasına bürünərək xalqın rəğbətini qazanan, həqiqətdə isə dini dəyərlərə nifrət edən insanları iqtidara gətirmək olmuşdur. Bu hökumətlər müsəlman olduqlarını iddia etsələr də, müsəlman xalqa qarşı çox böyük bir zülm etmiş və onların dini vəzifələrini yerinə yetirməyə mane olmuşlar. Həmin zülmün ən aşkar nümunəsi Tunis, Əlcəzair kimi ölkələrdə müşahidə olunur. Adı çəkilən ölkələrdə hakimiyyətdə olanlar zahirən müsəlman iqtidardır. Nə qədər heyrətləndirici olsa da, müsəlman xalqına qarşı amansız təzyiq və zülm bu iqtidar tərəfindən həyata keçirilməkdədir.
Çad da Əlcəzair və Tunisə bənzər bir tarixə malikdir. İllər boyu sürən müstəmləkəçilik dönəminin sonunda müstəqillik qazanmış Çad bunun ardınca uzunmüddətli vətəndaş müharibəsinə və bitmək bilməyən bir xaosa məruz qalmışdır.


ÇADIN İSTİSMAR TARİXİ
1086-cı ildə Kanum Krallığının İslamiyyəti qəbul etməsi ilə müsəlman olan Çad XVI əsrə daxil olduqda bölgənin ən zəngin və ən güclü ölkələri sırasında idi. Ancaq 19-cu yüzillikdə daxili parçalanmalar nəticəsində zəifləyən krallıq 1900-cü ildə fransızların işğalına məruz qaldı və Fransa Çadı istismarına keçirdiyi digər ərazilərinə qatdı. Bu andan etibarən müstəmləkəçi fransız hakim zümrənin müsəlman xalqa və İslam dininə qarşı savaşı başladı. Bu savaşda insanlıqdan kənar hər cür amansızlıq və zülm vardı. İlk hədəf, Çad xalqının islami kimliyini yox etmək və əvəzinə təfəkkürlərə daha öncə məruz qaldığımız materialist və dinsiz bir məfkurəni yerləşdirmək idi. Bu məqsədlə bölgədəki bütün məscidlər, Quran kursları, mədrəsələr, elmi-dini mərkəzlər, kitabxanalar dağıdıldı. İşğalçı fransızlar islami təlim-tərbiyə metodikasını yasaq edərək müsəlmanların dinlərini öyrənmələrinə əngəl oldular. Bütün dini mərkəz və cəmiyyətlərin fəaliyyəti dayandırıldı. Müəllimlər, imamlar, tələbə və şagirdlərin əksəriyyəti məhkum edildi. Bəziləri amansız həmlələrdə şəhid oldular, bəziləri də çölə, biyabana qaçmağa məcbur oldular. Həbs edilən din mütəxəssislərinin bir çoxu həbsxanalarda amansız işgəncə ilə öldürüldülər. Yeni açılan məktəblərdə isə sadəcə fransız əsgərlərinin uşaqları təhsil alır, onlar üçün tibbi dispanserlər və əyləncə salonları istifadəyə verilirdi. Xalqın problemləri ilə heç kəs maraqlanmırdı. Ölkə vətəndaşları zülmdən xilas olmaq üçün başqa ölkələrə sığınmaq məcburiyyətində qalırdılar. Bəzi İslam alimləri çılpaq şəkildə təhqir edilir, şəhər mərkəzlərində gəzdirilir, qadınların namusuna təcavüz edilirdi. Hər cür ibadət və dini toplantı rejimə qarşı üsyan kimi qələmə verilirdi. 1917-ci ildə Çaddakı fransız hakim zümrəsi çox amansız soyqırım həyata keçirdi. Dini həyatın yenidən canlanması məqsədilə bir konfrans təşkil edərək ölkədəki bütün İslam alimlərini dəvət etdi. Bu dəvətə çox sayda müsəlman alim də qatıldı. Ətraf dinc xalqdan təcrid edilmiş, hərbi qruplaşmalar konfrans təşkil edilən yeri əhatəyə almışdılar. Sui-qəsd anlaşıldığında isə iş-işdən keçmişdi. Hər tərəf kəsilmiş və doğranmış insan cəsədləri ilə doldu. Hər yer qan gölünə döndü. Beləliklə, xalq ilə fransız hərbi qüvvələri arasındakı çəkişmələr uzun illər davam etdi. Bu mücadilələr nəticəsində Çad 1960-cı ildə müstəqillik qazandı. Lakin bu müstəqillik Afrikanın digər ölkələrində olduğu kimi, xalqın hüzura və barışa qovuşması anlamına gəlmirdi, çünki müsəlmanların çoxluq təşkil etdiyi ölkədə hakimiyyət başına müstəmləkəçi Fransa ilə sıx əməkdaşlıq edən Çad Mütərəqqi Partiyasının üzvlərindən olan bir xristian gətirildi. Yeni hakimiyyət xalqa zülm və təzyiq göstərərək Fransanın diktəsi ilə hərəkət edirdi. Fransaya yaxınlığı məşhur olan Franko Tombalbayenin ölkə başçısı və baş nazir vəzifəsinə gətirilməsi müsəlman xalq arasında kütləvi narazılığa səbəb oldu. Bu narazılığı dilə gətirən xalqın qabaqcıllarının öldürülməsi ilə ölkədə mövcud rejimə qarşı üsyanlar başladı. Misirli yazar İmadüddin Xəlil "Afrika Dramı” adlı kitabında həmin hadisələri belə nəql edir:
"1963-cü il martın 22-də Çad hökumətində dəyişiklik edilir. Bütün müsəlman nazirlər istefaya göndərilir və onların əvəzinə qeyri-müsəlman olanlar gətirilir. Keçmiş Xarici İşlər naziri ölkə xaricinə sürgün edilir. Elə həmin günlərdə də ölkənin baş hakimi, dövlət katibi və bir çox tanınmış dövlət məmurlarının həbsi barədə əmr verilir. Həbsdən 35 gün sonra isə məhkəmənin qərarı ilə baş hakimin ölkənin əsl vətəndaşı olmadığı ittihamı ilə ölkə xaricinə göndərilməsi və bütün mülkünün əlindən alınması hökmü çıxarılır. Bu hadisələrdən sonra islami hərəkata qarşı təzyiq və təsir biraz da artdı. Bütün bunlar min nəfərin ölümü və minlərlə insanın yaralanması ilə nəticələndi. Müsəlman dövlət məmurları müxtəlif ittihamlarla mühakimə olundular”.
Əziz müsəlman qardaş və bacılar, Çaddakı bu hüzursuzluq və zülm ab-havası bu gün də davam edir.

İSRAİLİN ÇAD VƏTƏNDAŞ
MÜHARİBƏSİNDƏKİ ANTİ-İSLAM ROLU
Ölkədə siyasi sabitsizlik Çadın ilk dövlət başçısı François Tombalbayenin 1975-ci ildə sui-qəsdin qurbanı olması ilə daha da artdı və 1980-cı ildə başlayan vətəndaş müharibəsindən sonra isə çox mürəkkəb xarakter aldı. Həmin vətəndaş müharibəsi ölkənin şimalındakı müsəlmanlarla cənub ərazisində məskunlaşan, Bantu bölgəsində yaşayan xristianlar və digər dünyəvi dinlərə mənsub qəbilələr arasında baş verdi. Ancaq bu vətəndaş müharibəsinin mahiyyəti əsl həqiqətdə təmamilə fərqli idi, çünki bu proseslərə xarici qüvvələr fəal şəkildə müdaxilə edirdi. Həmin qüvvələrin başında duran sionist İsrail müsəlmanlara qarşı bantuları dəstəkləyirdi. Həmin müharibədə müsəlmanların lideri Qoukouni Oueddie idi. Hamını təəccübləndirən və heyrətə salan o idi ki, xristian-bütpərəst ittifaqına müsəlman əsilli bir münafiq Hissene Habre rəhbərlik edirdi. İsrail onlara SSRİ istehsalı olan hərbi silahlarla yardım edirdi. 1983-cü ildə Çadda İsrailə məxsus hərbçilərin aşkarlanmasına dair bir neçə müxtəlif mənbədən alınan məlumatlar dərc edildi. 1983-cü il avqust ayında isə İsrailin hərbi qüvvələrinin məlum qüvvəni dəstəkləmək üçün Çada gəldiyi aşkar oldu. Fələstin xalqına qarşı yönələn soyqırımların baş icraçılarından olan «Livan qəssabı», sionist terrorçu Ariel Şaron isə Çaddakı müharibə sırasında önəmli bir vəzifə tuturdu. Onun 1983-cü ilin yanvarında müdafiə naziri postundan getməzdən öncə Çada səfər etməsini, məşhur yazar Hallahminin ifadə etdiyi kimi İsrailin Çada müdaxilə etməyə hazır olduğu faktı kimi xarakterizə etmək olar.
Göründüyü kimi, İsrail yenə də İslam dövlətinin yaranmasına mane olmağa çalışmış, verdiyi hərbi və siyasi dəstəklə müsəlmanların hər cür güclənməsinin qarşısını almaqdan ötrü bütün mümkün vasitələrdən istifadə etmişdir. Vətəndaş müharibəsi qurtarandan sonra da Çadda bir daha sülh və sakitlik təmin olunmamışdır. Həm Fransanın, həm də İsrailin xaricdən müdaxilə etməyi daxili gərginliyi daha da artırmış, Çad sanki zərbə hədəfinə çevrilən ölkə halına gəlmişdir. Hökumətin ona müxalif qüvvələri fiaskoya uğratmaq üçün törətdiyi qətliamlar isə minlərlə insanın ölümünə səbəb olmuşdur. Çadın bügünkü vəziyyəti anti-islam ölkələrinin bir bölgəni nə hala gətirə biləcəklərinin aşkar nümunəsindən biridir. Bütün zəngin təbii sərvətlər talan edilmiş, sabitlik ortadan qalxmış, illərlə hüzur və barış halında yaşayan xalq süni vəziyyətdə təşkil edilən bir vətəndaş müharibəsi nəticəsində zəifləmiş və Çad sanki bir yoxluqlar ölkəsi vəziyyətinə düşmüşdür. Lakin unudulmamalıdır ki, bu, heç də ümidsizliyə qapılmağı meydana gətirən bir durum deyildir. Həmin iyrənc mənzərənin çox asan bir həlli vardır. Çözüm insan əxlaqının insanlar arasında yaşanmasıdır. Bu, həqiqət tapdığı zaman əsrlərlə həll olmayan bütün problemlər bir-bir həllini tapacaq, müharibə və çəkişmələrin yerini barış və hüzur tutacaqdır. İslam əxlaqının hakim olduğu bir cəmiyyətdə nə bir haqsızlığın, nə də bir ədalətsizliyin gerçəkləşməsi mümkün olmayacaqdır. Çadda yaşanan bütün bu zülmlər də bizə bir daha İslam dünyasının məzlum vəziyyətini göstərməkdə və bu durumu dəyişdirmək üçün fikri mücadilənin zəruriliyinin nə qədər mühüm və əhəmiyyətli olduğunu xatırladır. Afrikanın ucqar bir ölkəsindəki müsəlmanlar məhz müsəlman olduqları üçün bu cür zülmə məruz qalır. Bu, dünyadakı bütün müsəlmanların problemidir. Uzun illər boyunca müsəlmanlara zülm etmiş kafir zümrənin bütün bunlardan fayda və mənfəət götürdüyünü zənn etmək nadanlıqdır. Dünyada iqtidar sahibi olsalar da, axirətdə əbədi əzabla cəzalandırılacaq hər kəs üzərində Allahın sonsuz ədaləti təcəlli edəcək və hər bir insan etdiklərinin hesabını alacaqdır. Bu, Allahın iman edənlərə bir vədi və eyni zamanda da bir müjdəsidir. Allah Quran-kərimdə belə buyurur: "Şübhəsiz ki, mömin kişi və qadınlara işgəncə verən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan atəş əzabı gözləyir”. ("Buruc”; 10)
"Əgər zülm etmiş bir kəs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz”. ("Yunus”; 54)
Mahir Cəbiyev







Bu yazını ÇAP ET

.