16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

YƏHUDİ GÖZÜ İLƏ NƏCMƏDDİN ƏRBAKAN

PROF. NƏCMƏDDİN ƏRBAKAN VƏ SİONİZMLƏ 40 İLLİK MÜBARİZƏSİ

14 yanvar 2010
Ən fəal yazarlardan biri Nurəddin Şirin "Milli Görüş” lideri Prof. N. Ərbakanın sionizm ilə apardığı 40 illik mübarizəsini qələmə aldı. Nurəddin Şirinin qələmindən Ərbakan. "Milli Görüş Hərəkatı”nın başlaması ilə sionizmə qarşı mübarizə mövzusunu gündəmə gətirməsi hər şeydən əvvəl Türkiyə və dünyadakı yəhudilər arasında böyük bir narahatlıq və əndişə yaratdı.

1969-cu ildən etibarən "Milli Görüş” lideri Nəcməddin Ərbakanı dörd tərəfdən izləyən sionistlər Ərbakan xocanın atdığı hər addımı, danışdığı hər sözü qeyd edir və bunu sionizmin mərkəz qərargahlarına məruzə edirdilər.

Türkiyədəki yəhudi cəmiyyətinin baş yazarlarından olan Rifat N. Balinin "Türkiyədəki siyasi İslamın dilində yəhudi görünüşü” başlıqlı yazısında Ərbakan xocanın necə addım-addım izləndiyini və sionizmi narahat edən danışıq və çıxışlarının necə məruzə edildiyini açıq şəkildə görə bilərik. "Milli Görüş” hərəkatının yəhudilər tərəfindən necə yaxından təqib olunduğunu ortaya çıxaran bu yazını oxucuların diqqətinə çatdırırıq.


1. SİYASİ İSLAMIN DOĞUŞU

II Dünya Müharibəsinin sona çatması ilə Türkiyədəki təkpartiyalı dövrün də sonu gəlmişdi. 1950-ci il 14 may seçkilərində "Demokrat Partiya” böyük bir səs çoxluğu ilə seçkilərdə qalib oldu. "Demokrat Partiya” hökumətinin hakimiyyətə gəlməsi ilə 1923-cü ildən 1945-ci ilə qədər davam edən azanın türkcə oxunması sona çatdı və azan yenidən ərəbcə oxunmağa başladı. Təkpartiyalı dövrə nisbətdə İslam üzərindəki basqılar azaldı və İslam yenidən Türkiyənin gündəminə gəlməyə başladı. Bu yüksəlişin nəticələrindən biri olaraq antisemit (yəhudi düşməni) Cevat Rifat Atilhan adlı bir yazar 1951-ci il 27 avqustda "İslami Demokratiya Partiyası” adlı bir partiya qursa da, partiyanın ömrü qısa oldu və 1952-ci il noyabrın 7-də partiya fəaliyyətini dayandırdı.

Bundan sonra isə 1970-ci il 26 yanvarda səhnəyə Milli Nizam Partiyası (MNP) çıxdı. Milli Nizam Partiyasının sədri olan Nəcməddin Ərbakan 1969-cu il seçkilərində islami təmayülün güclü olduğu Konyadan müstəqil namizəd olaraq seçkiyə qatılmış və müstəqil deputat olaraq Milli Məclisə daxil olmuşdu. Nəcməddin Ərbakan seçkiqabağı "Milliyyət” qəzetində ondan alınan bir müsahibədə belə deyirdi:"Dünyada üç yön vardır; kommunizm, sionizm, nasionalizm. Bir də millətlərin toxunulmazlıqlarına (müqəddəsatına) sayğılı olan yön. Biz bu dördüncü yönü seçirik”.

Nəcməddin Ərbakanın bu sözləri gələcəkdə siyasi həyatında tez-tez istifadə edəcəyi antisionist və antisemit danışıqlarına işarə edirdi. … Nəcməddin Ərbakan müstəqil olaraq məclisə girdikdən sonra 1970-ci il 26 yanvarda "Milli Nizam Partiyası”nı təşkil etdi. "Milli Nizam Partiyası”nın qurulduğu gün Nəcməddin Ərbakan bir mətbuat konfransı keçirib sionistlər və masonlar haqqında ağır sözlər dedi. Ərbakan o günlərdə iki fikir üzərində dayandı; birincisi Türkiyənin qərbə bağlılığına, qərbləşməyə və qərbləşmənin türk cəmiyyətini dəyişdirməsinə qarşı çıxmaq, ikincisi isə davamlı olaraq sionist yəhudilərə və İsrailə qarşı çıxmaq. Yəhudi və sionist müxalifətçiliyi Ərbakanın gündəlik çıxışları olmuşdu.

"Milli Nizam Partiyası”nın siyasi həyatı qısa sürdü. 1971-ci il 20 mayda "Milli Nizam Partiyası” "laisizm (sekularizm) əleyhinə fəaliyyətlər” iddiası (əsası) ilə Konstitusiya Məhkəməsi tərəfindən bağlandı. Bundan 15 ay sonra 1972-ci il 11 oktyabrda Ərbakan təkrarən siyasət səhnəsinə qayıdaraq "Milli Səlamət Partiyası”nı yaratdı. Bu partiya da 1980-cı il 12 sentyabr hərbi çevrilişi ilə bağlandı.

"Rifah Partiyası” "Milli Səlamət Partiyası”nın xələfi olaraq 1983-cü il 19 iyulda quruldu. Bu partiya da qurulmasından 15 il sonra 1998-ci il 16 yanvarda Konstitusiya Məhkəməsi tərəfindən həmin iddia ilə "laisizmə zidd fəaliyyətlər”də təqsirləndirilərək bağlandı. Ərbakan və 5 deputata beş illik siyasi yasaq qoyuldu. "Rifah Partiyası”nın bütün deputatları 1997-ci ilin sonunda qurulan "Fəzilət Partiyası”na keçdi.

Bütün bu siyasi İslam partiyalarında müştərək olan ən önəmli mövzu "Ərbakanın sionizmə və yəhudilərə qarşı şiddətli müxalifətçiliyi” oldu. Ərbakanın partiyalarının yarı rəsmi qəzeti olan və 1973-cü ildə təsis olunan "Milli Qəzet”, "Milli Gənclik Vəqfi” də geniş miqyasda sionizmə və yəhudilərə qarşı düşmənçilik etdi.


"NİLDƏN FƏRATA QƏDƏR BÖYÜK İSRAİL” VURĞUSU,

YA DA İSRAİLİN İMPERİALİST SİONİST HƏDƏFLƏRİ TƏMASI

Sionizm mövzusunda bu təməl vurğulama Qədim Tövratın "Başlanğıc” bölümündə 15-18-ci sıralarında yer alan"Həmin gündə Rəbb Abram ilə bir saziş bağladı: "Misir çayından Fərat çayına qədər olan yer üzünü sənə verdim”və 3-24-cü sıralarında yer alan"İki çay arasında ayaq basdığın hər yer sənin olacaq”bölümlərinə əsaslaşdırılmaqdadır.

İslamçılar bu bölümləri sionizm imperializmi mövzusunda bir fakt kimi qəbul etdilər. Onların düşündüklərinə görə 1967 və 1973-cü il döyüşlərində İsrailin ələ keçirdiyi torpaqlar da bu mövzuda sübut olaraq göstərildi. Bu vəziyyət "Nildə Fərata qədər Böyük İsrail” şüarı ilə xülasələşdirildi. Onlar buna görə Türkiyənin bir hissə torpaqlarının da sionizmin təhdidi altında olduğunu irəli sürdülər. Bax, bu vurğulama Nəcməddin Ərbakanın daha çox diqqət yetirdiyi bir mövzu oldu.

Nəcməddin Ərbakan 1996-cı ildə Baş Nazir olarkən siyasi və hərbi sahədə yüksək səviyyəli şəxslərin iştirak etdiyi bir brifinqdə İsrail hadisələrinə münasibətini və baxış tərzini bu şəkildə dilə gətirdi:"İsrail bayrağında iki mavi xətt və ortasında da sionizm ulduzu vardır. Bunlar bir simvoldur. Üstdəki xətt Fərat çayını, altdakı xətt də Nil çayını ifadə etməkdədir. Yəhudilərin əqidələrinə görə, bu sərhədlər İsrail dövlətinin sərhədləridir”.


"ORTAQ BAZAR SİONİZMİN BİR OYUNUDUR”

Türkiyənin "Ortaq Bazar”a daxil olması 1970-ci illərin ən isti mövzularından biri idi. "Milli Nizam Partiyası”nın baxış tərzinə görə sionizmin son məqsədi Türkiyə üzərində hakim olmaqdır. Nəcməddin Ərbakana görə Türkiyəni "Ortaq Bazar”a daxil olmağa məcbur etmək sionist bir plandır. Ərbakan bu düşüncəsini 1970-ci il 15 mayda Türkiyə parlamentindəki çıxışında bu şəkildə ifadə etmişdir:

"12 il içində 3 min "Ortaq Bazar” şirkəti Amerikada sionist kapitalistlər tərəfindən satın alındı və 1969-cu ildə bu şirkətlərdən əldə edilən 13 mlr. dollar mənfəət Amerikaya transfer edildi. Bu gün İsrail parlamentində Teodor Hertzl heykəli vardır. 100 il əvvəl Vyanada yaşayan bu sionist bir İsrail dövləti qurma planına başladı. Onun hazırladığı xəritədə Türkiyənin böyük bir hissəsi də İsrailin bir parçası olaraq göstərilir. Sionistlərin belə bir planının olması bir həqiqətdir. Onların Qədim Tövratlarındakı əqidələrinə görə Kayseri də İsrail dövlətinə daxildir. Bu plan "Ortaq Bazar”ın digər hədəflərindən biridir. "Ortaq Bazar” planında ölkə torpaqlarının əcnəbilər tərəfindən satın alınmasına icazə verilir. Bu vəziyyətdə sionistlər gəlib ölkəmizdən çox ucuz qiymətə torpaq ala biləcəklər. Bu da Türkiyəni İsrailin parçası halına gətirəcək. …”


"TÜRKİYƏDƏKİ ANARXİYANIN QAYNAĞI SİONİZMDİR!”

VURĞUSU

"Milli Nizam Partiyası”nın bağlanmasından sonra qurulan "Milli Səlamət Partiyası”nın siyasi dili də eyni ilə antisemit və antisionist bir dil idi. 1972-ci ildə "Milli Səlamət Partiyası” siyasi həyatına başlayanda Türkiyədə sağ-sol mübarizəsinə dayanan siyasi bir xaos vardı. O dövrdə "Milli Səlamət Partiyası”, Türkiyədəki bu sağ-sol mübarizəsi ilə Türkiyənin dərin bir xaosun içinə sürüklənməsinə görə "baş müqəssir” olaraq "beynəlxalq sionizm”i və dünya yəhudilərini günahlandırırdı. "Milli Səlamət Partiyası”na görə Türkiyədəki sağ-sol, kapitalizm-kommunizm ayrıseçkiliyi və ziddiyyətini ortaya çıxaran sionizm idi. MSP-yə görə sionizm türk xalqını sağçı-solçu deyə bir-biri ilə qarşı-qarşıya qoyub toqquşduraraq Türkiyə üzərində hakimiyyət qurmağa çalışırdı. 1980-cı ilin avqustunda İsrail Qüdsü özünün paytaxtı elan etdikdən sonra Nəcməddin Ərbakan ramazan ayının içində "Qüds və Sionizm” və "Anarxiya və Sionizm” adlı iki məqalə qələmə aldı. "Qüds və Sionizm” adlı məqaləsində Ərbakan İsrail və sionizm ilə əlaqədar bilinən iddialarını təkrarlayaraq sionizmin yayılması və Türkiyəni mühasirəyə alma planları üzərində dayandı. "Anarxiya və Sionizm” adlı ikinci məqaləsində isə yenə sionizmə hücum edərək ona bu terminlərlə tərif verdi:"Sionizm bir oktaboddur[1]. Bu oktabodun saysız-hesabsız orduları vardır. Kommunizm onların biri, kapitalizm isə digəridir. Masonlar yan qollarıdır. İrqçilik də başqa bir qoludur. Bu gün bunları bilmədən hərəkət edənlər sionizmə xidmət edir və sionizm naminə mübarizə aparırlar”. Nəcməddin Ərbakan beləcə Türkiyədəki anarxiyanın qaynağında sionizmin olduğunu israrla vurğulayırdı.

Ərbakan bu məqalələri yazandan üç həftə sonra 1980-cı il sentyabrın 6-da Ərbakanın rəhbərliyi ilə Konyadakı məşhur "Qüds Mitinqi” təşkil olundu. Ərbakan mitinqdə iştirak edənlərin ön cərgəsində idi. Mitinqdə iştirak edən gənclərin əlində üzərində "Yəhudiyə ölüm!” yazılan plakatlar var idi. Artıq 6 gün sonra 1980-cı il 12 sentyabrda Türkiyədə hərbi çevriliş baş verdi.


"BEYNƏLXALQ SİONİZM” VURĞUSU

12 sentyabr hərbi çevrilişi ilə digər partiyalarla bərabər "Milli Səlamət Partiyası”nın da bağlanmasından sonra Nəcməddin Ərbakan bu dəfə 1983-cü ildə "Rifah Partiyası” ilə siyasət arenasına çıxdı. Ərbakan sionizmə qarşı mövqeyini əvvəllər olduğu kimi həmin şəkildə davam etdirdi.

"Rifah Partiyası” "Beynəlxalq sionizm” məsələsini intellektual bir miras olaraq daşıyırdı. Bununla yanaşı "Ədalətli Nizam” məsələsini də vurğulayırdı. Ərbakanın "Ədalətli Nizam İqtisadiyyat Proqramı”nın giriş bölümündə Türkiyədə tətbiq olunan liberal iqtisadi sistem "quldarlıq quruluşu” kimi xarakterizə edilirdi. Liberal iqtisadi sistemlə əlaqədar edilən etirazlar bu şəkildə ifadə edilmişdir:

"Bu gün Türkiyəyə hakim olan quldarlıq quruluşu öz-özünə ortaya çıxmadı. Bu quldarlıq quruluşu imperialist və sionist güclərin plan və tətbiqatlarının bir məhsulu olan modern istismarın bir nəticəsi olaraq ortaya çıxdı. Nyu-Yorkun Wabb Streeti sionizm tərəfindən qurulan ideoloji bir gücdür. Onlar Tanrının onları seçdiyinə və digər millətlərin də onların qulu olacağına və özlərinin dünyaya hakim olacağına inanırlar, öz mənafeləri üçün bütün insanlığı kapitalizm yolu ilə istismar edirlər. Sionistlər dünya imperializmi və imperialist dövlətlər vasitəsi ilə dünya hakimiyyəti yaratdılar. Bu imperialistlər Türkiyədəki təqlidçi partiyaları dəstəkləyərək Türkiyəni idarə etməyə çalışırlar”. "Rifah Partiyası” 1990-cı ildə nəşr etdirdiyi "Türkiyənin gerçək vəziyyəti, səbəblər və təşxislər” adlı broşürasında yenə "beynəlxalq sionizm dünya hakimiyyətidir” – fikrini vurğulayaraq Türkiyənin iqtisadi və ictimai sisteminin İsrail və sionizm üçün işlədiyi fikri irəli sürüldü. Türkiyədəki bank sisteminin də İsrail üçün işləyən bir sistem olduğu bildirildi.

Broşürada belə deyilirdi:"1988-ci ildə sionist banklara 8,5 milyard dollar pul ötürüldü. Bu o deməkdir ki, Amerikadakı sionist banklara hər həftə 10 ton qızıl yüklü yük maşınları göndərilir. Türkiyədə millətdən alınan bu ödəmələrlə Amerikadakı sionist banklar tərəfindən İsrail üçün silah və sursat alınır”.

Türkiyədəki islamçıların dünya hakimiyyəti mövzusundakı bu əlaqələrinin bir nəticəsi olaraq yəhudiləri özlərinin ən çirkin müxalifləri olaraq gördülər. Ərbakan və ardıcılları yəhudilərin Türkiyədəki digər siyasi partiyaların ağası olduğunu irəli sürdülər. Onlar eyni zamanda "Milli Görüş”ü yəhudi və sionizmə müxalif bir doktrinə çevirdilər. Məsələn, 1996-cı illərdə yerli seçkilər vaxtı Nəcməddin Ərbakan çıxışında"Əgər yəhudilərin bu seçkilərdən faydalanmasını istəmirsinizsə, Rifah Partiyasına səs verin”, – demişdi. Ərbakan yalnız Türkiyədə deyil, dünyanın müxtəlif bölgələrində islami partiyalar vasitəsi ilə sionizmə və yəhudilərə qarşı hərtərəfli bir müqavimətə rəhbərlik etdi. Dünyadakı islamçı liderlər Ərbakanın bu fikirlərinə qoşularaq antisionist fikirlər ortaya qoydular.


YƏHUDİ İMİCİNİN YARANMASININ SƏBƏBLƏRİ

Aşağıda qeyd edəcəyimiz səbəblər Türkiyədəki siyasi islamçılıq və Nəcməddin Ərbakanın antisemit və antisionist davranışlarını başa düşməyimizə yardımçı olacaqdır.

Orta Şərqdə İsrail dövlətinin qurulması islamçıların düşmən mövqe tutmalarının əsas səbəbidir. İsrail dövləti Orta Şərqin qəlbinə sancılan bir xəncər olaraq başa düşülür. Türkiyədəki islamçılar heç bir zaman İsrailin varlığını qəbul etmədilər. İslamçılar İsrail ilə qonşularının müharibəsini "müsəlmanlarla yəhudilərin müharibəsi” olaraq görən "Müsəlman Qardaşlar Cəmiyyəti”nin zehniyyəti çərçivəsində mövzuya yaxınlaşaraq hərəkət etdilər. Türkiyə islamçılarının nəzərində İsrail dövləti normal bir dövlət olaraq görünmədi, onlara görə İsrail Amerikan imperializminin bir qolu idi.

Türkiyədə yəhudilərə qarşı yaranan düşmənçiliyin xüsusi bir səbəbi də Sultan Əbdülhəmidi devirən "İttihad və Tərəqqi Cəmiyyəti”nin sionist-mason-sabotayist sui-qəsdçilər olduğuna inanılmasıdır.

İslamçılar Sultan Əbdülhəmidin Teodor Hertzılın Fələstində yəhudi dövləti qurulması istəyini qəti şəkildə rədd etdiyi üçün devrildiyinə inanırlar. İslamçılara görə "İttihad və Tərəqqi Cəmiyyəti” əhalisinin böyük bir hissəsi yəhudi olan Səlanikdəki mason lojalarında gizli toplantılar təşkil edərək Osmanlıda deputat olan yəhudi Emmanuel Karassonun elanı ilə Sultan Əbdülhəmidi taxtdan saldılar. İslamçılar 1948-ci ildə İsrail dövlətinin qurulmasını, 1887-ci ildə Baseldəki sionist röyanın Osmanlı imperatorluğunun dağılmasından sonrakı bir müvəffəqiyyəti kimi qiymətləndirirlər.

Antisemit klassiklərindən olan "Sion liderlərinin protokolları” bir kitab olaraq 1934-cü ildə 1997-ci ilə qədər 87 dəfə nəşr olundu. Bu kitab həmişə ən çox satılan kitab (best-seller) oldu. Sionizm "vahid dünya dövləti” məqsədini güdən və bütün dünyaya hakim olmağa çalışan imperialist bir ideologiya olaraq görüldü. Ərbakanın yaxın dostlarından Süleyman Arif Əmrə xatirələrini yazdığı bir kitabda sionizmi 18-ci protokolda isbat edildiyi kimi imperialist bir ideologiya olaraq göstərdi. Süleyman Arif Əmrənin bu xatirələri islamçıların şüurunda yəhudilərin necə bir "xain” imicinə çevrildiyini açıq şəkildə göstərir.

İslamçıların siyasi və ictimai çıxışlarında "yəhudi” vurğusu ayrılmaz bir ünsür oldu. Sionizm, yəhudi və İsrail sözlərinin hər biri bir-birinin sinonimi halına gəldi. Nəticədə islamçıların gözündə "yəhudi” imici "İslam düşməni” və "bütün müsibətlərin qaynağı” olaraq başa düşüldü.

Ərbakan mütəmadi olaraq"İsrail ilə birlikdə olmaq, iki müttəfiq ölkə olaraq hərəkət etmək hər şeydən əvvəl bizim müsəlmançılığımıza və insanlığımıza zidd olan bir vəziyyətdir. Hər hansı bir yerdə İsrail ilə yan-yana dayanmaq və görünmək bizim üçün zillətdir”, – deyirdi.


GƏLƏCƏYƏ BİR BAXIŞ

"Rifah Partiyası” 1998-ci ilin fevralında Konstitusiya Məhkəməsi tərəfindən bağlandıqda Rifahlı deputatlar yeni yaradılan "Fəzilət Partiyası”na keçdilər. "Rifah Partiyası”nda sədr müavini olan Rza Ulucak "Fəzilət Partiyası”nın qeyri-rəsmi sədri vəziyyətində idi.

Rza Ulucak keçmişdə İsrail və sionizm mövzusunda islamçıların düşüncələrinə qatılmışdı. Məsələn, 1991-ci ildə amerikalı bir jurnalist ondan müsahibə alarkən belə demişdi:"İsrail daim sərhədlərini genişləndirməyə çalışır. İsrailin əsl məqsədi Nil çayından Fərat çayına qədər ərazisini genişləndirməkdir. Bölgədə İsrail dövlətinin var olmasının heç bir qanuni əsası yoxdur. İsrail Fələstinin qanuni sahiblərindən torpaqlarını qəsb edərək qurulmuşdur. İsrail bütün qonşuları üçün böyük bir bəladır. İsrail başqa bir yerdə olarsa, vəziyyətimiz daha yaxşı olacaq. İsrail Cənubi Amerikaya transfer edilməlidir. Narahat olmayın, biz onu poçt vasitəsi ilə Cənubi Amerikaya göndərməyəcəyik”.

Türkiyədəki siyasi islamçılıq antisemit bir çevrədə yaşıllaşdı. Eyni zamanda Türkiyədəki siyasi islamçılar da öz sözləri ilə desək, bu mədəniyyəti formalaşdırdılar.

Türkiyədəki siyasi islamçıların – "Milli Görüş” hərəkatının – bu cür çıxışları illər boyu Türkiyədəki atmosferi zəhərlədi. Olduqca optimist bir şəkildə bir gün bu çıxışların ortadan qalxacağına ümid etsək də, gələcəkdə həmin antisemit çıxışların təkrarən siyasətçilərin sözlərində və ya islami mətbuatda yer alacağı sürpriz olmayacaq. Buna yaxşı bir misal olaraq 1998-ci il 23 martda "Fəzilət Partiyası”nın qurulmasının düz 16-cı günündə qeyri-rəsmi sədr Rza Ulucak "Milli Qəzet”də nəşr olunan ilk açıqlamasında sekularistlərin (dünyəvilərin) islamçılara qarşı müqavimət hərəkatının arxasında gizli bir sionist planın olduğuna işarə etdi. "Rifah Partiyası”nın yarı-rəsmi mətbu orqanı olan "Milli Qəzet”də nəşr edilən baş məqalədə belə deyilmişdi:"Onlar – yəhudilər – bütün dünyanı holocoust – yəhudi soyqırımı – əfsanəsinə inanmağa məcbur etdilər. Sionistlər eyni zamanda Amerika və bütün Avropa ölkələrindən 6 milyon müharibə qurbanının ölümü yalanı ilə zorla pul aldılar. Onlar müdhiş mətbuat imperatorluqları vasitəsi ilə "Yeni Dünya Nizamı”nın tək və həqiqi sahibinə çevrildilər. Onlar bu mətbuat imperatorluğundan dünyanı ovuclarının içinə almaq üçün istifadə edirlər. Onların iqtisadi nizamı bütün dünyanı titrədəcək bir şəkildə təşkil edilmişdir. İsrail həmişə "vəd edilmiş torpaqlar” kimi gördükləri əraziləri ələ keçirməyin yuxusunu görür. Sionistlərin dünya siyasətini görməzlikdən gələrək Türkiyədəki krizin öhdəsindən gəlmək mümkündürmü?”

Yəhudilərin baş yazarı olan Rifat N. Balinin"Türkiyədəki siyasi İslamın dilində yəhudi görünüşü”adlı məruzəsinin qısa xülasəsini verərək hazırladığımız silsilə yazını həyatımızın rəhbəri olan Quran-kərimin bu ayəsi ilə bitiririk:

"(Ya Mühəmməd!) Möminlərlə düşmənçilik etməkdə insanların ən şiddətlisinin yəhudilərlə müşriklər olduğunu görərsən. …”[2]


Hazırlayan: Nurəddin Şirin

Mütərcim: Xəyyam Qurbanzadə

[1] Səkkiz ayaq, sümüksüz və uzun ayaqlı dəniz heyvanı

[2] "Maidə”, 82




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun